“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar”
28.03.2024 [17:14]
YAP Veteranlar Şurası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçirilib
Martın 28-də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib.
Bakı Dövlət Universitetində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs edib. O bildirib ki, Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə erməni millətçiləri xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımı aktları törədib, insanlıq əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. Belə qanlı cinayətlər sırasında 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləvi qətliamlar isə miqyasına görə daha dəhşətlidir.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ermənilər tərəfindən 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə xalqımıza qarşı kütləvi cinayətlər törədilib. Amma sovetlər dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim edilib. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında həkk edilməsinə, real həqiqətlərin araşdırılmasına imkan verilməyib. Nəticədə ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala məruz qaldı və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşandı.
Arif Rəhimzadə qeyd edib ki, yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq: “Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmçinin erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması da böyük əhəmiyyət kəsb edir.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Nizami Səfərov isə çıxışında 1918-ci ilin mart qırğınlarını bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, həmin dövrdə ermənilərin azərbaycanlılara qarşı kütləvi qətliamı soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərini özündə ehtiva edir. N.Səfərov qeyd edib ki, rəsmi məlumatlara əsasən mart qırğınları zamanı 12 min insan qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb. Bu soyqırımı Bakı ilə yanaşı, Azərbaycanın digər bölgələrini, eləcə də Qərbi Azərbaycan ərazisini əhatə edib, bu ərazilərdə insanların vəhşicəsinə öldürülməsi ilə yanaşı, çoxlu sayda yaşayış məntəqələri də tamamilə dağıdılıb.
Beynəlxalq hüquqa əsasən bu cinayətlərin soyqırımı olduğunu deyən deputat dünya təcrübəsindən nümunələri də xatırladıb. N.Səfərov bütövlükdə soyqırımı və insanlıq əleyhinə cinayətlər haqqında mövcud olan beynəlxalq sənədlər, konvensiyalar haqqında məlumat verib. O, bütün bunların fonunda beynəlxalq birliyin erməni cinayətlərinə səssiz qalmasını ikili standartların göstəricisi hesab edib.
Milli Məclisin deputatı Əminə Ağazadə isə çıxışında bildirib ki, soyqırımı ilə bağlı ötən illər ərzində aparılan araşdırmalar nəticəsində çoxlu sayda faktlar və sənədlər toplanıb. O xatırladıb ki, ermənilərin törətdikləri mart qırğınlarının araşdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılıb. Komissiya erməni cinayətləri ilə bağlı ciddi faktlar toplayıb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb. Ə.Ağazadənin sözlərinə görə, 1918-ci ilin mart-aprel aylarında Quba qəzasında çoxlu sayda insanların işgəncələr verilməklə qətlə yetirildiyi kütləvi məzarlıqla bağlı daha ətraflı istintaqın aparılması məqsədilə, habelə Neftçala rayonunun Dirovdağ və Qubanın İspik kəndi yaxınlığında meşəlik ərazidə aşkar edilən insanların dəhşətli şəkildə həlak olması əlamətləri üzrə 2010-cu il 26 may tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, peşəkar müstəntiqlərin iştirakı ilə istintaq qrupu yaradılıb. İş üzrə çoxsaylı şəxslər, hadisələrin bilavasitə şahidi olan və yaxud zərərçəkmiş şəxslərin yaxın qohumları müəyyən edilərək dindirilib.
Tədbir diskussiya şəraitində davam edib və iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

