Mətbuatın hərtərəfli inkişafına dəstək çərçivəsində növbəti addım
17.07.2012 [00:13]
Sürətlə inkişaf edən, müasirləşən Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuatda da irəliləyiş müşahidə olunmaqdadır. Bildiyimiz kimi, ölkədə mətbuatın, ümumilikdə KİV-in inkişafı istiqamətində intensiv tədbirlər həyata keçirilir. Dövlət başçısı bu məqsədlə çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Dövlətin bu istiqamətdə həyata keçirdiyi layihələr çərçivəsində görülən işlər ölkəmizdə medianın keyfiyyət göstəricilərinin yüksəlməsinə təkan verib.
Bu günlərdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr edilmiş “Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzə” mövzusunda təşkil edilən konfrans çərçivəsində respublikanın tanınmış mətbuat orqanlarının rəhbərlərinin iştirakı ilə Gəncədə Mətbuat evinin təməlqoyma mərasimi keçirilib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində Mətbuat evinin gələcəkdə Gəncə şəhərində milli mətbuatın inkişafına öz xidmətlərini verəcəyini bildirib.
Ə.Həsənov deyib ki, burada mətbuat orqanlarının toplantısı, ofislərin kirayələnməsi, mətbuatın inkişafı ilə bağlı mətbəə və çap məhsullarının yerləşdirilməsi, o cümlədən, Gəncəyə ezam olunmuş mətbuat nümayəndələrinin gecələməsi üçün bütün şərait yaradılacaq.
“Mətbuat evi Gəncə şəhərində mətbuat orqanlarının toplaşdığı, müzakirələr açdığı, mütəmadi olaraq bir-biriləri ilə təcrübə bölüşdüyü bir mərkəzə çevriləcəkdir. Düşünürük ki, bu da Azərbaycanda milli mətbuatın inkişafına göstərilən dövlət qayğısının əlavə bariz bir nümunəsidir” - deyə, Ə.Həsənov bildirib.
Həqiqətən də Azərbaycanda mətbuatın inkişafına ən yüksək səviyyədə diqqət və maraq göstərilir. Ulu öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, mətbuatın, ümumilikdə KİV-in inkişafı yönündə siyasətini davam etdirən Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla bu istiqamətdə qətiyyətli addımlar atılıb. Belə ki, 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silinib. 2008-ci ildə isə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb.
KİV-in inkişafına maddi və mənəvi dəstəyin göstərilməsi baxımından dövlət başçısının Sərəncamı əsasında 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılmasını xüsusi qeyd etmək lazımdır. Dövlətin maliyyə dəstəyi ilə fəaliyyət göstərən fond qısa müddət ərzində həyata keçirdiyi irimiqyaslı layihələrlə Azərbaycanda KİV-in inkişafına yardım göstərib.
Prezident İlham Əliyevin 2010-cu il iyulun 22-də imzaladığı daha bir Sərəncama əsasən isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrılıb. Prezidentin həmin gün imzaladığı digər bir Sərəncamla jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmərtəbəli yaşayış binası tikilərək istifadəyə veriləcək.
Bütün bunlar isə Azərbaycanda mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial vəziyyətinin yüksəldilməsi üçün ciddi addımların atıldığını göstərir. Bu baxımdan, Gəncədə təməli qoyulan Mətbuat evi bu sahənin, xüsusən də regional mətbuatın inkişafı, operativliyin artması, mətbuat işçiləri arasında əlaqələrin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir. üstəlik, binanın təməlinin milli mətbuatımızın banisi olan Həsən bəy Zərdabinin yubileyinin qeyd olunduğu tədbirdə qoyulması ölkəmizdə mətbuat ənənələrinə, onun keçdiyi inkişaf yoluna və bugünkü cəmiyyətimizdəki yerinə verilən qiymətin göstəricisidir. İnamla söyləmək olar ki, göstərilən diqqət sayəsində Azərbaycan mətbuatı bu günədək keçdiyi şərəfli inkişaf yolunda bundan sonra da inamla irəliləməkdə və daha da təkmilləşməkdə davam edəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33

