Türkiyə daha bir demokratiya imtahanından keçdi
02.04.2024 [10:10]
Ərdoğan: Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır!
Türkiyə Cümhuriyyəti daha bir demokratiya imtahanından keçdi. Martın 31-də keçirilən bələdiyyə seçkiləri demokratiyanın qələbəsi oldu. Türkiyədə yerli özünüidarə orqanlarına keçirilən seçkilərində vətəndaşların 78,11 faizi iştirak edib. Bunu Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener seçkilərin nəticələrinə dair açıqlamasında deyib. Bildirilib ki, rəsmi olmayan nəticələrə görə, böyük şəhər bələdiyyələri üzrə səslər hesablanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 35, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 24, Xalqların Bərabərliyi və Demokratiyası Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası 8, Yenidən Rifah Partiyası 2, Böyük Birlik Partiyası 1, İyi Partiya 1 bələdiyyə sədrliyini qazanıb. Otuz böyük şəhər üzrə CHP-nin 14, AK Partinin 12, Xalqların Bərabərliyi və Demokratiyası Partiyasının 3, Yenidən Rifah Partiyasının isə bir namizədi bələdiyyə sədri seçilib. YSK sədri qeyd edib ki, bəzi xoşagəlməz hadisələr istisna olmaqla, seçkilər sakit və təhlükəsizlik şəraitində keçirilərək yekunlaşıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə münasibət bildirib. O bildirib: “Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq. Seçkilər demokratiyanın ən kritik nöqtəsidir. Bəzi təcrid olunmuş hadisələri nəzərə almasaq, seçki abı-havasına kölgə salacaq, təəssüf doğuran hadisələr baş vermədi. Millət sözünü, siyasətçiyə mesajını, təqdir və etirazını sandıqda ifadə edər. Bütün bunların ölkəmizdə yaşanması özü-özlüyündə böyük bir qazancdır. 31 mart bizim üçün bir dönüm nöqtəsidir. Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır. Seçkiləri qazanan, hər kəsdən əvvəl millətimiz oldu”. Rəhbərlik etdiyi ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mərkəzi qərargahından vətəndaşlara səslənən Prezident Ərdoğan azad iradəsini ifadə edən, seçkilərdə fəaliyyət göstərən hər bir vətəndaşa təşəkkürünü ifadə edib. Seçkinin ölkəsi üçün xeyirlərə vəsilə olmasını diləyən Prezident Ərdoğan bu səsvermənin 22 illik siyasi fəaliyyəti dövründə qazanaraq gəldiyi 18-ci seçki olduğunu xatırladıb.
Prezident seçkilərindən sonra Cumhur İttifaqı olaraq bu seçkidən istənilən nəticəni əldə edə bilmədiklərini ifadə edən Ərdoğan təşviqat kampaniyası çərçivəsində son iki ay ərzində ölkəsinin 52 fərqli vilayətini ziyarət etdiyini deyib.
Xalqına inamını ifadə edərək bundan sonra da yola birgə davam edəcəklərini deyən Türkiyə Prezidenti millətin iradəsində üstün heç bir gücü tanımadığını, indiyə qədər millətin qərarı əsasında hərəkət etdiklərini bildirib. O, hökumət olaraq indiyə qədər etdikləri kimi, millətin səsi ilə seçilən bütün yerli idarəçilərə öz şəhərlərinin rifahı naminə işlərində dəstəkləməyə davam ediləcəklərini deyib.
Prezident Ərdoğan qarşıdan gələn dörd il ərzində səhvlərin düzəldilməsi, çatışmazlıqların yerinə qoyulması başda olmaqla ölkənin rifahı və təhlükəsizliyi istiqamətində fəaliyyətlərinə davam edəcəklərini bildirib.
Türkiyə Prezidentinin çıxışı zamanı AK Partinin mərkəzi qərargahı ətrafına toplanan izdiham ölkə başçısına dəstək şüarları səsləndirib.
Beləliklə, bu seçkilər bir daha sübut etdi ki, Türkiyə demokratik dəyərlərə sadiq olan oturuşmuş dövlətdir. Türkiyədə seçkilərin şəffaf keçirilməsi ilə bağlı mexanizm artıq formalaşıb, hər kəsin səsvermə prosesini izləmək imkanı var. Türkiyə artıq nəinki regionda, bütün dünyada söz sahibi olan dövlətdir. Seçkilərin demokratik normalara əsaslanaraq tam şəffaf başa çatması Türkiyə üçün yeni imkanlar yaradacaq. Bu amil gələcəkdə siyasi sistemin və siyasi münasibətlərin daha da təkmilləşməsinə zəmin yaradacaq.
Siyasətini türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün “Yurdda sülh-cahanda sülh” çağırışının təməlləri üzərində quran Prezident Ərdoğan öndərlərinin “Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır”, “Mən Türk üfüqlərindən bir gün mütləq bir günəş doğacağına, bunun həraət və qüvvəsinin bizi isidəcəyinə, bundan bizə bir güc gələcəyinə o qədər əmin idim ki, bunu adətən gözlərimlə görürdüm” xəyalən arzu etdiyi Türkiyəni dünyaya tanıtdı. Atatürkün başlıca vəsiyyətlərindən olan “Türk əsarət qəbul etməyən bir millətdir” sözləri insanlarda milli qürurun, birliyin, həmrəyliyin möhkəmlənməsi üçün bir çağırış oldu. Ümumiyyətlə, ötən 20 ildə qardaş Türkiyə demokratiyanı gücləndirməklə yanaşı, cəmiyyətin bütün sferalarında inkişafa nail olub. Xüsusilə, bu dövrdə Türkiyə hərbi sahədə böyük nailiyyətlər əldə edib, öz müdafiə sənayesi potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Əvvəllər Türkiyədə istehsalçılar öz ordusunun 20 faizini silah-sursatla təmin edirdisə, indi bu rəqəm 80 faizə yüksəlib. Türkiyə hava qüvvələri üçün pilotsuz uçuş aparatları və pilotsuz döyüş təyyarələri istehsal edilir. Eyni zamanda, pilotsuz uçuş aparatlarından dünyada ilk dəfə qanadlı raketləri buraxan qardaş ölkə oldu. Türkiyə artıq yerli hərbi gəmisini, tankını, helikopterini və avtomobilini istehsal edir. Demokratiya isə Türkiyənin gələcək uğurlarını şərtləndirən əsas amillər sırasındadır. Bu baxımdan, martın 31-də yerli özünüidarə orqanlarına keçirilən seçkilər böyük əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

