QHT-lər adından “orden” və “medal” təqdim edənlərə xəbərdarlıq...
06.09.2024 [08:45]
Belə mənfi tendensiyaları aradan qaldırmaq üçün hər kəs səfərbər olmalıdır
Qeyri-hökümət təşkilatları hər zaman demokratik təsisatın ayrılmaz bir hissəsi kimi çıxış edib. Vətəndaş cəmiyyətinin inkişafı baxımından QHT-lərin fəaliyyəti insan hüquq və azadlıqlarının qorunması, o cümlədən seçilən prioritet istiqamətində mövcud problemlərin aradan qaldırılması üçün yolların aranması, maarifləndirmə və ən əsası vətəndaşla hökumət arasında körpü rolunu oynaması kimi müstəvilərdə tənzimlənir. Bununla yanaşı, QHT-lər müstəqil bir təşkilat olsa belə, onlar da öz ölkələrinin qanunlarına tabe olmalı, fəaliyətlərini məhz qanunverici aktlara əsasən qurmalıdırlar.
Demokratiya yolu ilə addımlayan bütün sivil dövlətlərdə olduğu kimi, bizim ölkəmizdə də vətəndaş cəmiyyətinin inkişafı mühüm bir mərhələni təşkil edir. Dövlətin bu sektora göstərdiyi diqqət və qayğı nəticəsində ictimai sektorla bağlı məsələlər bütün aspektlər üzrə tənzimlənib, beynəlxalq təcrübələr tətbiq edilib. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Fondun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Bu qurum vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına hər il maliyyə vəsaitləri ayrılır. 2021-ci ilin aprelindən isə Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Təssüfləndirici haldır ki, bəzən ölkəmizdə III sektorun elə nümayəndələri də tapılır ki, özlərini heç də fəadliyyətlə deyil, daha fərqli təzahürlərdə ortaya çıxarırlar. Bəziləri QHT sektorunun fəaliyyət sferası ilə uyğun gəlməyən hallara yol verir, bəziləri isə bir qədər irəli gedərək vətəndaş cəmiyyəti adını öz şəxsi maraqları üçün alətə çevirir. Ötən dövrlərdə bu kimi halların şahidi olmuşuq - bir sıra peşə sahiblərinə “təşəkkürnamələr”, hətta “sertifikatlar”, “orden və medallar”, “fəxri adlar” və bu kimi “mükafatlar” təqdim edən QHT-lərə də rast gəlinib. Gündəlik həyatımızda bu hallarla demək olar ki, tez-tez qarşılaşırıq - həkimlərin, hüquqşünasların, vəkillərin, hətta xidmət ofislərinin divarlarını bu kimi QHT-lərin “diplomları”, masalarını isə “plaketləri” bəzəyir.
Yeri gəlmişkən, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəyanat verib. Bəyanatda deyilir ki, son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarla təltif etməsi müşahidə edilir. “Bildiririk ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifdir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.
İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik”, - deyə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəyanatında vurğulanıb.
Göründüyü kimi, belə hallar yolverilməzdir və ümumilikdə, Azərbaycanın vətəndaş cəmiyyəti sektoru üçün neqativ təzahür yaradır. Bunu aradan qaldırmaq üçün hər bir kəs - istər QHT sektorunun nümayəndələri, istərsə də digər fərqli peşə sahibləri birgə mübarizə sərgiləməlidirlər.
SADİQ
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

