İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə təlim keçirilir
18.09.2024 [17:30]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə sentyabrın 17-19-da təlim proqramı keçirilir.
AZƏRTAC xəbər verir ki, təlimin ilk günündə Dövlət Komitəsinin əməkdaşı Sevil Rəsulzadə çıxış edərək, iştirakçılara media ilə əməkdaşlıq istiqamətində təşkil olunan tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, maarifləndirici təlimlər “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planı çərçivəsində keçirilir və məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.
Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Ailə, qadın və uşaq məsələlərinə hüquqi yanaşma: media müstəvisində” mövzusu üzrə çıxış edərək, məişət zorakılığı və gender əsaslı zorakılıq halları ilə mübarizə istiqamətində mövcud qanunvericilikdən söz açıb, həmçinin media nümayəndələrinin üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb. O, məlumatlar işıqlandırılarkən cinsi ayrı-seçkiliyə yol verilməməsi, balans, dəqiqlik, mənbə müxtəlifliyi kimi prinsiplərə diqqətlə yanaşmanın vacibliyini vurğulayıb.
Təlimin ikinci günündə “Mediada psixoloji sağlamlıq: intihar və bənzərliklər” mövzusunda təqdimatla çıxış edən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov intihar düşüncələrinin psixoloji köklərini anlamaq və onların müasir müalicə metodlarına dair məlumat verib. Bildirilib ki, xüsusilə medianın məşhur şəxsiyyətlərin intiharlarını işıqlandırma tərzi və detalların geniş yayılması intiharların artmasına səbəb ola bilər. Vurğulanıb ki, media nümayəndələri tərəfindən məsuliyyətli xəbər yayımı intihar hallarının azalmasına kömək edə bilər.
Təlim müddətində qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması formaları barədə məlumat verilib.
İnteraktiv müzakirə və qrup işləri formatında davam edən təlim müddətində iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, sabah milli qanunvericilik çərçivəsində uşaq hüquqları, gender və məişət zorakılığı ilə bağlı təlim keçiriləcək, iştirakçılara sertifikatlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

