Əsəblərinizi qoruyun!
10.10.2024 [08:41]
Ümumdünya Psixi Sağlamlıq Günüdür
Ətrafımızda bəzən əsəbini kontrol edə bilməyən, səbrsizlik göstərən, həyatdan zövq ala bilməyən, daim məyus halda olan, başqalarına qarşı alçaldıcı davranışlar göstərən insanlar görürük. İlk baxışdan belə insanların psixi problemlərinin olduğunu sezmək mümkündür. Dünya psixi sağlamlıq statistikasına görə, 2016-ci ildə dünyada 1.1 milyard insanın psixi pozuntuya sahib olduğu, bu problemin hər 6 şəxsdən birində rastlandığı bildirilib. Ən çox rastlanan psixi pozuntunun təşviş (4%) və depressiya (4%) olduğu qeyd edilir.
Məlumdur ki, fiziki sağlamlığın pozulduğunu bədənin verdiyi ağrı kimi siqnallarla müşahidə etmək mümkündür. Lakin psixi sağlamlıq normaları bilinmədiyi üçün onun fərqində olmaq daha çox vaxt ala bilir. Günümüzdə həyat çətinlikləri nəzərə alınarsa, fiziki sağlamlıq qədər psixi sağlamlığın da sürətlə pozulduğunu müşahidə edirik...
Dünyada 350 milyondan çoxinsan...
Statistik göstəricilərə görə, xəstəliklərin qlobal yükünü daha da ağırlaşdıran depressiyadan dünyada bütün yaş qrupları üzrə 350 milyondan artıq insan əziyyət çəkir. Depressiyadan xilas olmanın məlum effektiv müalicə növlərinin mövcudluğuna baxmayaraq, əksər ölkələrdə müalicə isə əlçatan deyil. Bəzi ölkələrdə isə belə müalicəni ehtiyacı olanların 10%-dən azı alır.
Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir.
Müharibələr və digər fəlakətlər psixi sağlamlığa və psixoloji rifaha ciddi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.
“Stress Səviyyələrini Azaltmaq üçün Məsləhətlər”
Yeri gəlmişkən, hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Sağlam olmaq insan hüquqlarından biridir. Məhz Ümumdünya Psixi Sağlamlıq Günündə psixi pozğunluqdan əziyyət çəkənlərin lazımi müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırış ifadə edilir. Əlamətdar günün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu Gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür. 2024-cü il Ümumdünya Psixi Sağlamlıq Gününün mövzusu “Stress Səviyyələrini Azaltmaq üçün Məsləhətlər”dir.
Ümumdünya Psixi Sağlamlıq Günü ölkəmizdə də qeyd olunur. Müxtəlif tibb müəssisələrində dəyirmi masa iştirakçıları psixi sağlamlıq sahəsində gələcək inkişaf perspektivlərini və Azərbaycanda psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması məsələlərini müzakirə edirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

