“Bizim süfrə” mayonezinin istehsal olunduğu Bakı Yağ Fabrikində açıq qapı günü keçirilib
16.01.2013 [01:30]
Afiq Səfərov: İstanbulda keçiriləcək yarışmada Milli Kulinariya Mərkəzi “Bizim süfrə” mayonezi ilə təmsil olunacaq
Dünən “Bizim süfrə” mayonezinin istehsal olunduğu Bakı Yağ Fabrikində açıq qapı günü keçirilib. “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən Bakı Yağ Fabrikinin istehsalı olan “Bizim süfrə” mayonezindən hazırlanmış salatın dequstasiyası ilə başlayan tanışlıqdan sonra KİV təmsilçilərindən və qida ekspertlərindən ibarət geniş heyət holdinqin laboratoriyalarında olublar. Sonra isə KİV təmsilçiləri fabrikdə istehsal prosesi və yeni məhsullarla tanış olublar.
Qonaqlara ilk növbədə burada istehsal olunan “Bizim süfrə” mayonezi haqqında geniş məlumat verilib. Şirkətin “AR-GE” heyətinin rəhbər nümayəndələri zavodda hazırlanan bu məhsulun ən yeni texnologiyalar vasitəsilə ərsəyə gəldiyini bildiriblər. Qeyd edilib ki, mayonez yerli bazar ilə yanaşı, qonşu və bir çox Avropa ölkələrinin bazarları üçün hazırlanır. Bunun üçün isə məhsulun keyfiyyətinə xüsusi diqqət yetirilir: “Bizim süfrə” markalı mayonez qarğıdalı yağı ilə istehsal olunur və yağlılığı 55 faizdir. Mükəmməl mayonez lazım olan ekstra xüsusiyyətlərə malikdir: Belə ki, qatılığı tam istənilən kimi, yəni salatlara qarışdırıldığında bütün tərəvəzlərə tam şəkildə hopur. Bazardakı bəzi mayonezlər tərəvəzlə qarışdırıldığında duru olur ki, bunların da qatılığı zəif olur. Qatılığı olmayan mayonezlə hazırlanan salatlarda isə istənilən görünüşü əldə etmək mümkün olmayacaq; “Bizim süfrə” mayonezini salatlarda istifadə edəndə su salmır. Hazırlandığı vaxtdan süfrəyə verilənə qədər qatılığını qoruyub saxlayır; “Bizim süfrə” mayonezi ilə hazırlanan salatlarda saralma olmur. Ancaq bazarda bəzi mayonezlər müəyyən müddətdən sonra saralmağa başlayır; “Bizim süfrə” mayonezində turşuluq yoxdur; “Bizim süfrə” mayonezində istifadə olunan xammallarda genetikası dəyişdirilmiş məhsuldan sitifadə olunmayıb; Bu mayonezlər insan əli dəymədən istehsal olunan və qablaşdırılan məhsullardır. Mayonez alanda harada və kimlər tərəfindən istehsal olunması böyük əhəmiyyət daşıyır. “Bizim süfrə” mayonezi Azərbaycan bazarına uzun yol qət etmədən həmişə təzə olaraq verilir. Heç bir mayonez məhsulunun “Bizim süfrə” mayonezi qədər qısa vaxt ərzində təzə olaraq süfrəyə verilməsi mümkün deyil”.
“Bizim süfrə” mayonezinin 2009-cu ildən istehsl olunduğunu bildirən “AR-GE” heyətinin rəhbər nümayəndələri əlavə ediblər ki, bu mayonez Gürcüstan bazarında əsas yeri tutur: “Bu yaxınlarda “Zalatoy solnuşka” mayonezi istehsal olunacaq. Mayonez yüksək standartlara malik avadanlıqlar və gigiyena şəraitinə ciddi nəzarət olunan bir zavodda hazırlanmırsa, çox təhlükəli hallara səbəb ola bilər. Amma bizim zavodda bunların hər birinə ciddi surətdə nəzarət olunur. Bu məhsullar bizim zavodda ən son texnologiya vasitəsilə istehsal edilir”.
KİV təmsilçilərinə açıqlama verən “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov isə “Azərbaycan bazarında son 20 ildə əziz istehlakçılarımıza təqdim olunan bütün məhsullarımızın dadına görə, bizim “AR-GE” heyətinə minnətdarıq” deyib. O, həmçinin, “AR-GE” heyətinin apardığı dərin və çox təfərrüatlı araşdırmalar nəticəsində bu məhsullarının reseptlərinin müəyyənləşərək meydana çıxdığını bildirib. “Bizim dəyərli həmkarlarımız təkcə 9 milyonluq Azərbaycanın deyil, bu məhsulların ixrac edildiyi bütün ölkələrin insanlarının ortaq ağız dadını müəyyənləşdirə bilirlər. Zavodlarımız bölgənin ən müasir laboratoriyaları və texniki avadanlıqları ilə təchiz olunub. Bizə hətta bəzi dövlət və qeyri-dövlət təşkilatlarından da təkliflər gəlir ki, onlar müəyyən məhsulların labarator analizlərini bizim laboratoriyalarda aparsınlar. Buranın laboratoriya əməkdaşları da tez-tez Avropada seminarlarda iştirak edirlər. Məhsullarımızın keyfiyyəti, mütəxəssislərimizin səviyyəsi, rəqiblərimizin qarşısında daha da üstündür, biz inamla və təkidlə öz məhsullarımızı istehlakçılarımıza təqdim edirik. Bu günə kimi elə bir məhsulumuz olmayıb ki, öz rəqibinin qarşısında ciddi sözünü deyə bilməsin”.
Afiq Səfərov onu da deyib ki, Milli Kulinariya Mərkəzi bu yaxınlada İstanbulda keçiriləcək yarışmada “Bizim süfrə” mayonezi ilə təmsil olunacaq.
Daha sonra KİV təmsilçiləri məhsulların istehsalat prosesi ilə tanış olublar. Burada istehsalatla bağlı suallar mütəxəssislər tərəfindən geniş şəkildə cavablandırılıb. İstehsal prosesi ilə əyani şəkildə tanış olan jurnalistlər burada yağ doldurma, mayonez və marqarin qablaşdırma sahələrində son dərəcə müasir avadanlıqlarla aparılan avtomatlaşdırılmış iş prosesini də müşahidə ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

