Bakıda 100 yaşlı xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb
16.10.2024 [12:31]
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 100 yaşlı xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı keçirilib.
Klinikanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 1924-cü il təvəllüdlü Dəvəçi rayon sakini Əhmədov İsmayıl Məmməd oğlu oktyabrın əvvəllərində sağ bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığı diaqnozu ilə Tədris Terapevtik Klinikaya müraciət edib.
Klinikaya gələnə qədər bir neçə xəstəxanaya müraciət edən xəstənin yaxınları pasiyentin yaşı və ümumi vəziyyəti ilə əlaqədar onun üzərində cərrahiyyə əməliyyatından imtina olunduğunu deyiblər.
Xəstəni əməliyyat edən ATU-nun Travmatologiya və ortopediya kafedrasının assistenti tibb elmləri namizədi İsmixan Mətiyevin verdiyi məlumata görə, bir gün ərzində əməliyyatönü hazırlıqdan sonra oktyabrın 4-də İ.Əhmədovun üzərində sağ bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı aparılıb: “Cərrahi əməliyyatdan sonra xəstə bir gün reanimasiya şöbəsində qalıb və ortopediya şöbəsinə köçürülüb. O, bir gün sonra artıq valkerlə hərəkət edə bilirdi. Hazırda xəstənin ümumi vəziyyəti yaxşıdır. Ayın 8-də pasiyenti evə yola saldıq. Qeyd edim ki, İsmayıl kişi İkinci dünya müharibəsinin veteranıdır və Prezident təqaüdçüsüdür”.
Xəstənin özü və ailə üzvləri əməliyyatı yüksək səviyyədə icra edən İ.Mətiyev başda olmaqla, anestezioloq-reanimatoloqlar Məmməd Abbasov, Famil Mustafayev, Emin Quliyev, Esmira Nəsibova, Sona Quliyeva və bu uğurlu əməliyyatda əməyi keçən digər klinika əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54

