Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / QMİ sədri: Dünyada baş verən müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir

QMİ sədri: Dünyada baş verən müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir

12.11.2024 [11:26]

“Allah-taalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hər kəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O xatırladıb ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir: “Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir.

Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir.

Mən arzu edirəm ki, burada qəbul olunan qərarlar bütün dünyada baş verən hadisələrə öz təsirini göstərsin. Çünki bizim işğaldan azad olunam torpaqlarımız da 30 il içərisində, demək olar ki, vəhşiliklə məhv edilib”.

Paylaş:
Baxılıb: 1034 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31