Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib

Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib

27.11.2024 [13:06]

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilir.

Bu Qanun 2025-cü il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30