Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsinə start verilib
30.11.2024 [18:45]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, yaradıcılıq-sərgi müsabiqəsi "Şərq Bazarı" ticarət kompleksi və Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi ilə həyata keçirilir.
Noyabrın 30-u, dekabrın 1-i və dekabrın 10-da "Şərq Bazarı" ticarət kompleksində keçiriləcək tədbirdə Bakı və respublikamızın bölgələri üzrə əlilliyi olan 195 şəxsin 2500 əl işi nümayiş olunur.
Sərgidə rəsm, xalçaçılıq, toxuculuq, bədii tikmə, bədii oyma, oyma ilə suvenir hazırlanması, muncuqlar ilə suvenir hazırlanması və digər nominasiyalar üzrə nümunələr təqdim edilir.
Yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən əlilliyi olan şəxslərin yaş qrupları da nəzərə alınmaqla qiymətləndiriləcək. Müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar, həmçinin sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunacaq.
Dekabrın 3-6-da isə satış sərgisi Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində davam edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial proqramlar departamentinin müdiri Azər Rzayev AZƏRTAC-a bildirib ki, təqdim edilən əl işlərinin qiyməti əlilliyi olan şəxslərlə birgə razılaşdırılıb və hazırlanmış əl işlərinə müvafiq olaraq qiymətləndirilib.
Qeyd edək ki, ənənəvi olaraq keçirilən müsabiqənin məqsədi əlilliyi olan vətəndaşlarımızın hazırladıqları əl işlərinin satışını təşkil etməklə onların fəaliyyətinin stimullaşdırılması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

