Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Həftəsonu Geminid meteor selinin piki olacaq

Həftəsonu Geminid meteor selinin piki olacaq

11.12.2024 [18:48]

Hər il dekabrda təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir. Geminidlər ən intensiv dövri meteor sellərindən biridir. Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal yarımkürəsində daha aydın görünəcək, lakin Cənub yarımkürəsində də daha az intensivliklə izlənə bilər. Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər.

Bu barədə AZƏRTAC-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Meteor selləri adətən komet mənşəli olurlar. Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid, yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda “quyruq” yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya “sönmüş” komet olduğu ehtimal edilir.

Geminid meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən onun işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay dekabrın 14-də saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq. Lakin 07:25-də artıq səhər alaqaranlığı başlayacaq və müşahidələr çətinləşəcək.

Paylaş:
Baxılıb: 395 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30