Dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək
13.12.2024 [14:37]
“Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sistemi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 13-də keçirilən iclasının gündəliyinə təklif edilən “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş"in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
"e-bildiriş" dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. "e-bildiriş"in tərtibi, tətbiqi və uçotu qaydaları, "e-bildiriş"in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, Dövlət büdcəsinə dövlət rüsumu üzrə daxilolmaların izlənilməsi, operativliyin, səmərəliliyin və proqnozlaşdırmanın keyfiyyətinin artırılması, dövlət rüsumu üzrə dövlət büdcəsinə hesablanmış vəsaitlərin təyinatı üzrə köçürülməsinə nəzarətin təkmilləşdirilməsi məqsədilə dövlət rüsumlarının e-bildiriş əsasında ödənilməsi və bu sahədə "Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sisteminin yaradılması təklif olunur.
İnformasiya sisteminin yaradılması və dövlət rüsumunun sistem vasitəsilə təqdim edilən "e-bildiriş" əsasında ödənilməsi uçotun təşkilində rəqəmsallaşmanın tətbiqini, dövlət rüsumu üzrə hesablanmış məbləğlərin vaxtında və düzgün olaraq dövlət büdcəsinə köçürülməsini, bu prosesə elektron nəzarətin və uçotun təşkil edilməsini, dövlət rüsumu üzrə hesablanmış daxilolmalarla bağlı məlumatların rüsum tutan orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsini mümkün edəcək.
Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir:
- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.
- Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.
- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat.
- Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat.
- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.
- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.
- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.
- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.";
- "İxrac nəzarəti haqqında" Qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi - 100 manat.
- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat.
- Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200 manat;
- Qazın nəqli üçün icazənin verilməsi - 150 manat.
- Qazın paylanmasına icazənin verilməsi – 50 manat.
- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat.
- Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100 manat.
- Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi - 150 manat;
- Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;
- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi - 150 manat.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29

