Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zəngilanda sayca 10-cu “KOB Fest” sərgi-satış yarmarkası keçirilib

Zəngilanda sayca 10-cu “KOB Fest” sərgi-satış yarmarkası keçirilib

28.12.2024 [13:45]

İl ərzində təşkil olunmuş 10 “KOB Fest” sərgi-satış yarmarkası çərçivəsində 440-a yaxın KOB subyektinin məhsullarının tanıdılmasına və satışına dəstək göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin sonuncu, sayca 10-cu “KOB Fest” sərgi-satış yarmarkası Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub. Yarmarkada Zəngilan, eləcə də ətraf şəhər və rayonlardan olan 60-a yaxın KOB subyektinin qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib və satışı həyata keçirilib.

Qeyd olunub ki, cari il ərzində “KOB Fest” sərgi-satış yarmarkaları Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala, Xaçmaz, Göyçay və Zəngilanda təşkil edilib. Bu yarmarkalarda, ümumilikdə, 440-a yaxın KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub.

“KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə təşkil edilib. Yarmarkalar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verib.

Paylaş:
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30