“Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabının təqdimatı olub
29.12.2024 [23:34]
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək, Prezident İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamı ilə muxtar respublikanın 100 illik yubileyi geniş şəkildə qeyd olunduğunu bildirib. Rektor qeyd edib ki, Türkiyənin bir sıra şəhərlərində, ölkəmizin regionlarında, o cümlədən Bakıda və Naxçıvanda silsilə yubiley tədbirləri keçirilib. Naxçıvan Dövlət Universitetinin alim və pedaqoji heyəti muxtar respublikanın tarixi, mədəniyyəti və ədəbiyyatının araşdırılması istiqamətində elmi-tədqiqatlar aparıb, monoqrafiyalar, əsərlər ərsəyə gətirilib.
Vurğulanıb ki, Ali Məclis sədrinin müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin uzunmüddətli elmi tədqiqatlarının nəticəsi olaraq işıq üzü görən “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabı Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyərli əsərdir. Çox aktual və əhəmiyyətli bir mövzuya həsr olunan kitabda Naxçıvan diyarı və onun tarixi, siyasi, mədəni və ictimai mərkəzi olan Naxçıvan şəhərindən söhbət açılır. Nəşrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərinin XIX əsr tarixi kompleks şəkildə araşdırılır. Naxçıvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilir. Əsər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixinin digər istiqamətləri kimi şəhər tarixinin öyrənilməsi, tədqiqatçılar, alimlər, tələbə və magistrantlar üçün zəngin mənbə rolunu oynayır.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix elmləri doktoru Emin Şıxəliyev, Naxçıvan Dövlət Universitetinin məsləhətçi-professoru, tarix elmləri doktoru Hacı Fəxrəddin Səfərli, universitetin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev və Ali Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov çıxış ediblər. Çıxışlarda kitabın Azərbaycan və Naxçıvan tarixşünaslığının araşdırılıb öyrənilməsindəki rolundan ətraflı söhbət açılıb. Qeyd olunub ki, əsərdə XIX əsr Naxçıvan tarixi, şəhərin elmi mühiti, ictimai, siyasi həyatı dərin şəkildə tədqiqata cəlb olunaraq öyrənilib, nəşr yubiley ilinə mühüm töhfə olaraq ithaf edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, tarix üzrə fəlsəfə doktoru, müəllif Arzu Abdullayev təqdimat mərasimin təşkilinə, səslənən fikirlərə görə təşəkkür edib. Bildirib ki, çıxışlarda da qeyd olunduğu kimi, Ümummilli Lider Heydər Əliyev XIX və XX əsr Azərbaycan tarixinin tədqiq olunmasını, araşdırılıb öyrənilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabı bu vəzifənin icrası istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

