Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

19.01.2025 [20:17]

Yanvarın 20-də “Bakı metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

QSC-dən AZƏRTAC-a bildirilib ki, qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə ehtiyat qatarların verilməsi nəzərdə tutulacaq.

Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq.

Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31