Ötən il Azərbaycanı 2,6 milyondan çox qonaq ziyarət edib
21.01.2025 [16:55]
Ötən il Azərbaycana dünyanın 196 ölkəsindən 2626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 27,8 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,0 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,1 faizi Pakistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 faizi Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Belarus və Böyük Britaniya, 12,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil edib.
2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan 2,0 dəfə, Cənubi Koreyadan 1,9 dəfə, Çindən 1,9 dəfə, Qırğızıstandan 49,6 faiz, Qazaxıstandan 48,6 faiz, Pakistandan 46,7 faiz, Filippindən 44,3 faiz, Omandan 41,6 faiz, İordaniyadan 39,7 faiz, Polşadan 37,0 faiz, ABŞ-dan 35,1 faiz, İtaliyadan 35,1 faiz, Almaniyadan 27,4 faiz, İrandan 27,2 faiz, Niderlanddan 27,1 faiz, Türkmənistandan 27,0 faiz, Tacikistandan 21,7 faiz, Səudiyyə Ərəbistanından 21,6 faiz, Yəməndən 21,0 faiz, Fransadan 20,0 faiz, Böyük Britaniyadan 19,2 faiz, Misirdən 17,2 faiz, Rusiya Federasiyasından 17,0 faiz, Özbəkistandan 17,0 faiz, Ukraynadan 15,6 faiz, Türkiyədən 12,7 faiz, Moldovadan 11,8 faiz artıb.
2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 faiz artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 faiz artaraq 425,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 faiz artaraq 979,0 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından yararlanıb.
2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2158,9 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,0 faiz, Rusiyaya gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artıb. Azərbaycan vətəndaşlarının 41,0 faizi Türkiyəyə, 20,7 faizi Rusiyaya, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,8 faizi kişilər, 36,2 faizi qadınlar olub.
2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,4 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından yararlanıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

