5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb...
28.01.2025 [11:17]
Mina terroru 2024-cü ildə də davam edib
Erməni terrorizminin əsas cinayətlərindən biri olan mina terroru bu günə qədər yüzlərlə insanın həyatına son qoyub. 30 ilə yaxın müddəti əhatə edən Qarabağ münaqişəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi ilə başa çatsa da, 2023-cü il antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyini bərpa olunsa da, Ermənistanın ölkəmizə qarşı apardığı mina terrorundan hələ də əziyyət çəkirik. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Post-müharibə dövründə Azərbaycanda mina problemi özünü kəskin şəkildə büruzə verir. Bu problemin aradan qaldırılması ilə məşğul olan qurumlar mina təhlükəsizliyi ilə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara müraciət etsələr də, Ermənistanın hərbi cinayətlərinin qarşısını almaq mümkün olmayıb - müharibədən sonra Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin isə cəmisi 25 faizi düzgün olub.
382 şəxs həyatını itirib
Mina terroru isə hələ də davam etməkdədir. 2024-cü ildə 41 şəxs Ermənistan tərəfindən basdırılmış mina və hərbi sursat partlayışlarının qurbanı olub. Bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Onun sözlərinə görə, mina qurbanlarından 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Baş prokuror, həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək 382 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Qurbanların 90 faizi mülki şəxslərdir
Təəssüfləndirici faktdır ki, bu gün sülhdən danışaraq manipulyasiya aparan, özünü dünyaya sülhpərvər qiyafədə təqdim etməyə çalışan Ermənistanın mina terroru ən əkskin şəkildə davam edir -son 30 ildə Azərbaycanda 3 400-dən çox insan mina qurbanı olub. Onların 90 faizi mülki şəxslərdir. Qeyd edək ki, işğal dövründə torpaqlarımıza, ilkin qiymətləndirmələrə görə, 1,5 milyondan artıq mina basdırılıb. Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. Eyni zamanda, 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır.
Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada aparılan bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.
Azərbaycan mina təmizlənməsi istiqamətində mühüm işlər aparır
Vurğulayaq ki, Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı təmin etməyi özünün 5 əsas prioritetindən biri kimi müəyyənləşdirib. Lakin bu strateji hədəfə çatmaq üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri müvafiq qurumlar tərəfindən koordinasiyalı şəkildə həyata keçirilir. Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə, xaricdən dəstək məhduddur. Humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir.
Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Məhz onun uzaqgörənliyi nəticəsində 25 il əvvəl ANAMA yaradılıb. Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı fərmanı ilə 1998-ci ildə Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) formalaşdırılıb.
Vurğulayaq ki, Media Təhlil Mərkəzi hazırladığı təhlildə son 4 il ərzində (2021-2024-cü illər) 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizləndiyini açıqlayıb. Ötən ildə işğaldan azad olunan ərazilərdə 62 min 23,9 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 16,8 faiz çoxdur. İşğaldan azad olunan ərazilərdə ötən il həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 2 min 372 tank və 4 min 286 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə işğaldan azad olunan ərazilərdə son 4 ildə (2021-2024-cü illər) 18 min 411 tank, 29 min 250 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Minatəmizləmə əməliyyatlarını Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət yerinə yetirir. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə ötən il 59 min 163 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə son 4 il (2021-2024-cü illər) ərzində aşkarlanaraq zərərsizləşdirilən partlamamış hərbi sursatların sayı 119 min 104-dür.
Vurğulayaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2022-2025-ci illər ərzində 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Bundan başqa, Tədbirlər Planında 2026-cı ilin sonuna kimi işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmiş ərazilərin sahəsinin 280 min hektara çatdırılması qeyd edilib ki, bunun da mühüm hissəsi yerinə yetirilib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

