Qurban Yetirmişli: Zəlzələ ocaqlarının ilkin xəritələri hazırlanır
28.01.2025 [13:12]
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
AZƏRTAC xəbər verir ki, hesabatı RSXM-in baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. O bildirib ki, 2024-cü ildə rəhbərlik etdiyi qurumda 3 problemi əhatə edən 5 mövzu, 10 elmi-tədqiqat işi, 5 elmi-tədqiqat işi yerinə yetirilib, 3 mövzu, 8 elmi-tədqiqat işi başa çatdırılıb.
Hesabat ilində AMEA nəzdində RSXM-də 1 dərslik, 37 məqalə (10-nu xaricdə), 13 tezis (9-ü xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 6-sı “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
Qeyd edilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi), AGU (Amerika Geofiziklər Birliyi) beynəlxalq təşkilatların həqiqi üzvüdür. 30-dan çox ölkənin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir.
Vurğulanıb ki, hesabat ilində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lavrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib. Həmçinin diqqətə çatdırılıb ki, Aşağı Kür çökəkliyi ərazisində zəlzələ ocaqlarının tektonik qırılmalarla əlaqəsinin araşdırılması və ilkin xəritələri (Xəzər dənizi və Xəzəryanı ərazilər) hazırlanır.
Qurban Yetirmişli RSXM-in elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalının 2024-cü ildən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) DərgiPark elektron bazasına Azərbaycandan ilk daxil edilən 3 jurnaldan biri olduğunu, nəşrin beynəlxalq e-İSSN kodu alması üzərində və “Scopus” beynəlxalq indeks sisteminə daxil edilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib.
Baş direktor, həmçinin Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediyada, eləcə də müəssisənin saytı və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18

