Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AQTA-nın sədri Ağstafada vətəndaş müraciətlərini dinləyəcək

AQTA-nın sədri Ağstafada vətəndaş müraciətlərini dinləyəcək

30.01.2025 [20:56]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 21-i saat 14:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 20-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30