Bakı Mühəndislik Universitetində Gənclər Gününə həsr olunan tədbir keçirilib
01.02.2025 [16:42]
Bakı Mühəndislik Universitetində (BMU) Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.
BMU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir” adlı tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül Gənclər Gününün təsis tarixinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bunu gənclərə göstərilən böyük diqqət və onların cəmiyyətdəki roluna verilən yüksək qiymət adlandırıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdığını deyən prorektor gənclərlə bağlı aparılan işin, xüsusilə onların enerji və imkanlarının milli maraqlarımızın müdafiəsi üçün səfərbər edilməsinin ən böyük nəticəsinin 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfər olduğunu vurğulayıb. Ətrabə Gül gənclərlə bağlı həyata keçirilən dövlət proqramlarından, onların təhsili, sosial müdafiəsi ilə bağlı görülən işlərdən bəhs edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində mühüm layihələr gerçəkləşdirildiyini nəzərə çatdıran prorektor bunun yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatı olduğunu vurğulayıb.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bu gün ölkəmizdə bütün sahələrdə gənclərin aktiv rol oynamasının gənclər siyasətinin uğurla reallaşdırıldığının bariz örnəyi olduğunu önə çəkib. Eyni zamanda, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olmasının Vətən müharibəsində həlledici rol oynadığını bildirib. Azərbaycan gənclərinin azad, sabitlik hökm sürən, özünə güvənən ölkədə yaşadığını sözlərinə əlavə edən A.Əliyev müasir gəncliyin qarşısında duran əsas vəzifələrə toxunub.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Gənclər İdman İdarəsinin rəisi Telman Kərimov və BMU-nun Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova çıxış edərək, ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açıblar.
Daha sonra təhsildə və sosial-ictimai həyatda fərqlənən gənclərə fəxri fərmanlar təqdim olunub.
Tədbir Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi bədii hissə ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

