Ağdamın Çıraxlı kəndinə Yel çərşənbəsi qeyd edilib
12.03.2025 [10:17]
Artıq beşinci ildir ki, Çıraxlı kənd sakinləri Novruzu tonqal qalamaqla qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruzun gəlişi ölkəmizin hər yerində olduğu kimi Ağdam rayonunda da yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Ağdamın keçmiş təmas xəttinə ən yaxın ərazidə yerləşən Çıraxlı kəndində də Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilib. Kəndin mərkəzində çərşənbə tonqalı qalanıb. Mərasimdə kənd sakinləri ilə birgə Ağdam rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Çıxış edənlər kənd sakinlərini Yel çərşənbəsi münasibətilə təbrik edib, Novruz bayramının çoxəsrlik tarixindən, milli-mənəvi dəyərləri, humanizm prinsiplərini özündə birləşdirməsindən bəhs ediblər.
YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uzun illər Ağdam rayon Çıraxlı kənd sakinləri çərşənbə tonqalı yandıra bilməyib: “Ağdamın Çıraxlı və ətraf kəndləri daima ermənilərin atəşi altında olub. Ermənilər əlamətdar günlərdə isə daha da azğınlaşırdı. Bu səbəbdən də kənd sakinləri Novruz bayramını tonqalsız qeyd edirdi. Məhz biz də Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı və Ağdam Rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi səbəbi ilə Novruz tonqalını Çıraxlıda yandırdıq”.
Qeyd edək ki, Ağdam rayonunun Çıraxlı kəndi Ermənistan silahlı bölmələri tərəfindən ən çox atəşə məruz qalan yaşayış məntəqələrindən idi. Keçmiş təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə Ermənistan ordusunun atəşi nəticəsində dinc sakinlər həlak olub, yaralanıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra kənd sakinləri Novruzu qədim ənənələrə uyğun tonqal qalamaqla qeyd edirlər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23

