Respublikada korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam edir
24.07.2013 [09:44]
Bu ilin I yarısında 1522 müraciətə baxılıb, 166 cinayət xarakterli material araşdırılıb
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ilin I yarısında da uğurla davam etdirib. Hesabat dövründə idarə tərəfindən vətəndaşların 1522 müraciətinə baxılıb, həmçinin 166 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 78 faizi üzrə cinayət işi başlanılıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Bu fikirləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev ötən gün keçirdiyi və cari ilin birinci yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə həsr olunan mətbuat konfransında səsləndirib. Tədbirdə həmçinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, QHT təmsilçiləri iştirak ediblər.
Natiq qeyd edib ki, Ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti sayəsində respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi daha da artıb. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, “Transparency International” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq edib, sənədə əsasən, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb.
Dövlət başçısının Sədrliyi ilə 12 fevral 2013-cü il tarixdə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransa toxunan natiq qeyd edib ki, Prezident İlham Əliyevin mənfi halların, korrupsiyanın aradan qaldırılması ilə bağlı rəsmi strukturlar və dövlət qulluqçuları üçün fəaliyyət proqramı xarakteri daşıyan çıxışı prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr qoyub, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını, adekvat tədbirlərin gücləndirilməsini, mübarizə üsullarının daha da təkmilləşdirilməsini zəruri edib.
Bundan əlavə, Prezident İlham Əliyev cari il iyulun 18-də keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı beynəlxalq təşkilatlar tərəfindən ölkədə aparılan korrupsiyaya qarşı mübarizənin müsbət qiymətləndirildiyini bildirməklə yanaşı, bir daha korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə fəallığı artırmağı, cəza, inzibati və digər tədbirlərin tətbiq edilməsini bir daha vurğulayıb, hər bir dövlət məmurunun bu istiqamətdə məsuliyyətini və rolunu artırmağı xüsusi qeyd edib.
Məhz bunun nəticəsidir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ilin I yarısında da uğurla davam etdirib.
Kamran Əliyevin sözlərinə görə, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3237 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib. İdarə rəisinin sözlərinə görə, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən, korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanılıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
2013-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460 min manat ziyandan istintaq müddətində 7 milyon 961 min manat və ya 48,4 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Natiq, həmçinin, qeyd edib ki, hesabat dövründə, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində görüşlər keçirilib, korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycan nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizədə fəallıq göstərilməsinin zəruriliyi vurğulanıb, eyni zamanda, son illərdə ölkəmizdə bu istiqamətdə görülmüş işlər, həyata keçirilən qanunverici və praktiki tədbirlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və onun nəzdində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilib.
K.Əliyev daha sonra bildirib ki, hesabat dövründə rəhbərlik etdiyi idarə tərəfindən korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə də sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib, Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlərlə bağlı müzakirələr aparılıb, İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilib.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışına toxunan idarə rəisi, sonda qeyd edib ki, dövlət başçısının ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə, əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində vermiş olduğu göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcək.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 2013-cü ilin I yarım ili ərzində gördüyü işləri müsbət dəyərləndiriblər. Sonda Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov KİV nümayəndələrinin suallarını cabavlandırıblar.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12

