Həyatımıza işıq saçmağa davam et
03.05.2025 [09:13]
Beynəlxalq Günəş Günüdür
Yerə ən yaxın ulduz olan Günəş planetimizin ekoloji vəziyyətini tənzimləyir. Bu ulduz olmasa, yaşamağımız üçün lazımi hava da olmaz. Günəş həyatımızı işıqlandırır, istilik bəxş edir. Əksər insanlar hər səhər durarkən həmin ulduza baxarkən motivasiya alır, yaşama eşqi artır.
Bu gün dünyanın bir sıra ölkələrində Günəş Günü kimi qeyd olunur. Günəş gününün qeyd olunmasında məqsəd alimlərə Günəşlə Yer arasında əlaqə, Günəşin hərəkətini, aktivliyini, kosmik hava şəraitini müəyyən etməyə kömək etməkdir.
Əlamətdar günün qeyd olunması amerikalı ətraf mühitin müdafiəçisi və günəş enerjisinin tərəfdarı Denis Hayes tərəfindən təklif edilib. O, 1970-ci il aprelin 22-də keçirilmiş ilk Yer Gününün koordinatoru kimi şöhrət qazanıb. Yer günündən sonra Günəş Gününün dünya səviyyəsində keçirilməsi məhz onun ideyası olub. Bu fikir konqres tərəfindən yekdilliklə qəbul edilib və 1978-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti olmuş Cimmi Karter ABŞ ilə yanaşı, dünyanın digər ölkələrində də keçirilən sözügedən günün rəsmi bayram kimi qeyd edilməsinə nail olub.
Günəş niyə istidir?
Günəşin ətrafında olduqca qaynar hidrogen təbəqəsi var. Daimi nüvə reaksiyaları səbəbindən hidrogen heliuma, o isə öz növbəsində karbona çevrilir. Nəticədə, yüksək istilik yaranır.
Bəzən Günəşin səthində naməlum səbəbdən ləkələr yaranır. Bu proseslər Yerə də öz təsirini göstərir: maqnit fırtınası yaranır, bu zaman radiodalğalar kəsilir, hava pisləşir, insanların əhvalı pozulur. Buna görə də alimlər xüsusi Günəş teleskopları ilə daim Günəşi nəzarətdə saxlayır, oradakı dəyişikliklər və maqnit fırtınaları barədə bizə məlumat verirlər.
Günəşin ölçüləri o qədər böyükdür ki, əgər onu balqabağa bənzətsək, Yer kürəsi onun yanında noxud dənəciyinə oxşayacaq. Bəlkə kainatın harasındasa daha parlaq və isti ulduzlar var. Bizim gördüyümüz ən parlaq isti ulduz isə Günəşdir.
Zəhərli tullantılar əmələ gətirmir
Günəş, külək, dəniz dalğaları və biokütlə daim ətrafımızda olan və istifadəsi asan olan enerji xammalıdır. Günəş enerjisi radioaktiv tullantıların yaranmasına səbəb olmur və ümumiyyətlə, zəhərli tullantılar əmələ gətirmir. Bu, bərpa olunan enerjidir.
2027-ci ilə qədər...
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bərpa olunan enerji mənbələrinin potensialı 27 min meqavat, o cümlədən, külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Ölkəmiz strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq.
Beynəlxalq Günəş Günündə bütün dünyada müxtəlif tədbirlər həyata keçirilir. Deməli, sözügedən ulduz mövcud olduqca həm real şəkildə həyatımıza işıq saçır, həm də mənəvi olaraq bunu yerinə yetirir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

