Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Vergi Xidməti POS-terminaldan istifadə etməyən bir neçə ticarət obyekti aşkar edib

Dövlət Vergi Xidməti POS-terminaldan istifadə etməyən bir neçə ticarət obyekti aşkar edib

05.05.2025 [23:16]

Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsinin apardığı müşahidələr əsasında paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə məxsus bir sıra obyektlərdə qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Nəsimi rayonunun Cavadxan küçəsində Nəsirov Fariz Ağasəddin oğluna məxsus obyektdə, həmçinin Yasamal rayonunun Hüseyn Cavid prospektində Qasımova Zeynəb Müseyib qızına məxsus obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu və POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi müəyyənləşdirilib.

Faktlar rəsmiləşdirilib və vergiödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan-karta köçürülmə hallarının yolverilməzliyi izah olunub.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31