Əziz Şuşa, sən azadsan!
08.05.2025 [09:52]
Artıq Şuşanın işğalı ildönümünü qeyd etmirik...
8 may tarixi 28 il ərzində bütün Azərbaycan üçün Şuşa nisgilinin, yurd həsrətinin simvoluna çevrilmişdi. Xalqımız 1992-ci ilin bu tarixini - Şuşanın işğal gününü unutmayıb, unutmayacaq da! Ermənilər 28 il ərzində hər il mayın 8-ni “bayram” kimi qeyd edirdilər. Amma 2020-ci ildə qaysaq bağlamayan Şuşa yaramıza məlhəm, çarə tapıldı... 44 günlük Vətən müharibəsində Şuşa Azərbaycan Ordusu tərəfindən azad edildi. Xalqımız 30 ilə yaxın işğalda qalmış Şuşanı, o ağrılı-acılı günləri, işğal tarixlərini unutmayacaq...
Şuşa necə işğal olunmuşdu?
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qısa müddətdən sonra respublikamıza qarşı hərbi təcavüzlə nəticələndi. Ermənistan tərəfindən ərazilərimiz işğal olunurdu. O dövrdə respublikamızda qeyri-sabitliyin, anarxiyanın, hakimiyyət uğrunda mübarizənin hökm sürməsi Şuşa şəhərinin də işğal olunması təhlükəsini yaratmışdı. Milli Ordu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələri iştirak edirdilər. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.
Mədəniyyət nümunələrimiz məhv edilmişdi...
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Ermənistan işğalında qaldığı müddətdə Şuşa demək olar ki, məhv edildi. İşğal dövründə Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilib, 20 kitabxana yandırılıb.
“Əziz Şuşa, biz səni dirçəldəcəyik”
Şuşa tam 28 il erməni işğalı altında yaşadı. Amma 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən Şuşa şəhəri erməni işğalından azad edildi. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı. 2020-ci il noyabrın 8-də Ali Baş Komandan Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verdi: “Əziz Şuşa, sən azadsan, Əziz Şuşa, biz qayıtmışıq, Əziz Şuşa, biz səni dirçəldəcəyik”.
Şuşanın azad olunması kimi onun yenidən bərpası da Ulu Öndərin ən böyük hədəflərindən biri idi. Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Heydər Əliyevin xüsusi diqqətində olub. 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdı.
Prezident İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” sözləri təsadüfi deyil. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib.
“Şərqin konservatoriyası”
Ölkə başçısı 2021-ci il mayın 7-də Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan olunması haqqında Sərəncam imzaladı. Şuşada “Xarı bülbül” muğam festivalı və “Vaqif” Poeziya günlərinin keçirilməsi ənənə halını alıb. Təsadüfi deyil ki, Şuşa “Şərqin konservatoriyası” adlandırılır. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olundu. Vaxtilə işğal altında olan bu abidələr düşmən tərəfindən güllələnmişdi. Bu abidələr Bakıya gətirilərək xarici qonaqlara nümayiş etdirilirdi ki, erməni vandalizmini görsünlər.
1992-ci ilin 8 mayında Şuşanı işğal edən Ermənistan 29 il sonra 8 may tarixini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşıladılar. Bununla dünya ermənilərinə mesaj verildi: “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq!...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

