Soyuq, sərin, yoxsa...
25.07.2025 [08:17]
İsti havalarda suyu necə içək?
İsti havalarda hər birimizin suya tələbatı artır. Bəziləri sərinləmək üçün soyuq, hətta buzlu su içir. Amma belə suyu içməyin xeyirdən çox ziyan gətirdiyi söylənilir. Mütəxəssislər qeyd edirlər ki, soyuq su tərləməni daha da artırır. Bu baxımdan istidən qorunmaq üçün ilıq su soyuq sudan daha yaxşı təsirə malikdir.
Yeməkdən 15 dəqiqə əvvəl...
Ümumiyyətlə, sağlam su içmə vərdişi günlük tələbatımıza uyğun, nizamlı və optimal pH nisbətində xarakterizə olunur. Su içmək üçün susamağı gözləməyə ehtiyac yoxdur. Çay, qəhvə, meyvə suları da gün ərzində qəbul etdiyimiz mayelər sırasında daxildir, ancaq bir çox səbəblərə görə suyu elə su şəklində içmək məsləhət görülür. Suyun ən yüksək səviyyədə faydalılığını təmin etmək üçün onu yeməklərdən 15 dəqiqə əvvəl içmək lazımdır. Əgər yemək əsnasında su içmək kimi bir vərdiş varsa, onu da davam etdirməyin məqsədəuyğun olduğu deyilir. Fiziki aktivlik göstəricilərindən asılı olaraq qəbul edilən suyun miqdarı fərqli ola bilər, ancaq gündə 1,5-2 litr su içmək olduqca faydalıdır.
Artıq çəkisi olanlar...
Dietoloq Şəfa Yadigarova mövzu barədə “Yeni Azərbaycan”a açıqlamasında xüsusilə yay aylarında suyun tam doğru şəkildə içilməsi ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, yayda pH dəyəri 4,5-9,5 olan sulara üstünlük vermək və səhər qalxdıqda mütləq 2 stəkan su içmək lazımdır: “Artıq çəki problemi olanlar yemək yeyən zaman toxluq hissi yaratması üçün yeməkdən əvvəl mütləq su içməyə diqqət etməlidir”.
Soyuq yoxsa ilıq?
Dietoloq qeyd edib, insanların əksəriyyəti isti havalarda soyuq su içməyə üstünlük verirlər, lakin bu, düzgün deyil: “Havalar isti olsa da, suyun ilıq içilməsinə xüsusilə diqqət yetirilməlidir. Çünki mədənin istilik dərəcəsi 38 dərəcədir. İstilərdə sərinləmək üçün buzlu su içildiyində onu isitmək üçün mədənin istiliyi yüksəlir və bu, bir müddət sonra orqanizmə tərləmə gətirir. İlıq su içmək isə daha yaxşı olar. Təklifimiz odur ki, orqanizm 24, hətta 28 dərəcə suyu içməyə vərdiş etsin. Adətən isti bölgə insanları bu ritmə vərdişkardır və heç bir zaman soyuq su içməzlər”.
Buz kimi içməyin...
Dietoloqun sözlərinə görə, buzlu su istehlak edildikdə orqanizmdə müxtəlif fizioloji reaksiyalar baş verir: “Əsas narahatlıqlardan biri qan damarlarının daralmasıdır. Buzlu su qan damarlarının daralmasına səbəb olur ki, bu da potensial olaraq qan dövranını pisləşdirir. Bu daralma xüsusilə ürək-damar problemləri olan insanlar üçün problem yarada bilər. Beləliklə, ürək üçün də əlavə gərginlik yaranır.
Soyuq və buzlu su qidalardakı yağların qatılaşmasına və həzmin çətinləşməsinə səbəb olur. Bədən qatılaşmış yağları emal edə bilmir.
Həzmsizlik, qaz və digər narahatlıqlar üzə çıxır. Buzlu su səbəbilə mədə və bağırsaqlarda temperaturun qəfil dəyişməsi həzm sistemini şoka sala və potensial olaraq mədə ağrılarına səbəb ola bilər”.
İsti suyun faydaları
Ş.Yadigarova isti su içməyin faydalarından da danışıb: “İsti su içmək həzm sisteminin düzgün işləməsi üçün çox faydalıdır. Yeməkdən öncə bir stəkan isti və ya ilıq su içmək həzm sisteminizi stimullaşdırır, bağırsaqları rahatlaşdırır və maddələr mübadiləsini sürətləndirir. Xüsusilə səhərlər ac qarına bir stəkan isti su içmək həzmi sürətləndirir. Səhər suya bir dilim limon əlavə edərək suyun dadını yaxşılaşdırmaq və hüceyrələrin yenilənməsinə kömək etmək mümkündür. Həmçinin isti su toksinlərin bədəndən daha tez çıxarılmasında və yuxarı tənəffüs yollarını açmaqda da faydalıdır. Düzdür, yay aylarında isti su içmək bəzən çətindir, ancaq havaların nisbətən soyumasından sonra isti suya üstünlük vermək faydalıdır!”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

