Səhiyyənin görünməyən qəhrəmanları...
25.09.2025 [08:32]
Əczaçıların peşə bayramıdır
Bu gün dərman qutuları ilə birlikdə ümid paylayan, hər sualımıza səbirlə cavab verən əczaçıların bayramıdır. Əczaçılıq sadəcə bir peşə deyil, elm və insan sevgisinin vəhdətidir. Onlar səhiyyənin görünməyən qəhrəmanlarıdır: pandemiyada da, gecə növbəsində də, hər çağırışda da işləyən səssiz fədakarlardır...
Əczaçı olmaq sadəcə bir dərmanı şkafdan çıxarıb alıcıya təqdim etmək deyil. Bu, uzun illər təhsil, diqqət, dəqiqlik və məsuliyyət tələb edən bir peşədir. Belə ki, əczaçı hər bir dərmanın tərkibini, dozasını, təsirini, əks göstərişlərini və digər dərmanlarla qarşılıqlı təsirini bilməlidir. Yanlış məlumat, səhv doza - bütün bunlar insan həyatına ciddi təhlükə yarada bilər. Bu səbəbdən əczaçı savadlı, soyuqqanlı və diqqətli olmalıdır.
Onlar həmişə ayaqda idi...
Pandemiyada maskanın arxasında nəfəs almaqda çətinlik çəkən, qapılar bağlananda belə aptekləri açıq saxlayan onlar idi. Hər sual verən, hər qorxmuş xəstəyə “narahat olmayın, burdayıq” deyən də onlar idi. Bəzən əczaçıların təbəssümü antibiotikdən də güclü təsir edir. Onların diqqəti xəstənin gözündə həyat qədər qiymətlidir.
Əczaçılar bəzən gecəni gündüzə qatır, bəzən bir dərmanın tərkibindəki dəyişiklik həyat qurtarır. Bu baxımdan onların işi səhvsiz olmalıdır, çünki adi bir səhv insan taleyinə yazıla bilər.
Çox zaman dəyəri görünməyən peşə
Bu gün, səhiyyənin digər sahələri qədər əczaçılığın da inkişafına, bu peşə sahiblərinin cəmiyyət tərəfindən tanınmasına və qiymətləndirilməsinə ehtiyac var. Əczaçılar bəzən tibb işçiləri arasında ən az yad olunanlardır. Amma unutmayaq ki, bir reseptin düzgün yerinə yetirilməsi, bir dərmanın vaxtında verilməsi, dozaların düz təyin olunması həyat və ölüm arasındakı xətt ola bilər. Bu xətti qoruyanlar da məhz əczaçılardır.
2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası tərəfindən İstanbulda keçirilən Konqresdə Beynəlxalq Əczaçı Günü təsis edilib. Bu günün qeyd edilməsi səhiyyə sistemində əczaçıların əhəmiyyətini bilmək üçün yaxşı bir fürsətdir və maarifləndirici istiqamətdir.
Əczaçıya hər bir evdə, hər bir ailədə ehtiyac var. Onların əməyini görmək və dəyərləndirmək hər birimizin borcudur. Çünki təhlükəsiz dərman istifadəsinin təminatçısı məhz əczaçılardır. Fürsətdən istifadə edib səbirlə bizə xidmət edən, gecə növbəsində belə bizi qarşılayan, yorğun, amma gülümsəməyi unutmayan əczaçıları peşə bayramı münasibətilə təbrik edirik.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21

