Yol polisindən piyadalara müraciət: Təhlükəsizlik qaydalarına əməl edin
06.10.2025 [12:02]
Yol polisi təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı piyadalara müraciət edib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin olunması və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə BDYPİ tərəfindən mütəmadi şəkildə nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Eyni zamanda, təəssüflə qeyd edilib ki, aparılan maarifləndirmə və təbliğat işlərinə, mediada və sosial şəbəkələrdə mütəmadi yayılan çağırışlara baxmayaraq, bəzi piyadalar hələ də təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşır. Belə laqeyd davranışlar bəzən onların özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatı üçün faciəvi nəticələrə gətirib çıxarır. “Aparılmış təhlillər göstərir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyada zolaqlarının və ya yeraltı, yerüstü keçidlərin yaxınlığında, xüsusilə də sutkanın qaranlıq vaxtında baş verir. Bu isə təhlükəsizlik qaydalarına əməl olunmamasının nə qədər ciddi fəsadlar doğurduğunu bir daha təsdiqləyir. BDYPİ bir daha bütün piyadalara müraciət edərək onları yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etməklə keçməyə, svetofor siqnallarının tələblərinə ciddi əməl etməyə, telefon və digər yayındırıcı vasitələrdən istifadə etməməyə, azyaşlı uşaqlarla hərəkət zamanı xüsusi diqqətli olmağa çağırır. Unutmayaq ki, bir anlıq diqqətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı qaydalara əməl etməklə təkcə öz təhlükəsizliyini deyil, həm də başqalarının həyatını qoruyur”, - deyə müraciətdə qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58

