/ / Serebral iflicin stasionar müalicəsi üçün icbari tibbi sığorta hesabına 34 mindən çox tibbi xidmət göstərilib
Serebral iflicin stasionar müalicəsi üçün icbari tibbi sığorta hesabına 34 mindən çox tibbi xidmət göstərilib
06.10.2025 [15:06]
Serebral iflic (uşaq serebral iflici) döldə və ya yenidoğulmuşda beynin inkişaf anomaliyaları və ya proqressivləşməyən zədələnməsi nəticəsində yaranan, hərəkət və duruş problemlərinin inkişafına səbəb olan nevroloji xəstəlikdir. Adətən, uşaqlıq dövründə aşkarlanır və bəzən digər problemlərlə – intellekt, nitq, eşitmə və görmə qabiliyyətinin pozulması ilə müşayiət olunur.
Serebral iflicin diaqnozu, əsasən, kliniki əlamətlər və nevroloji müayinə əsasında qoyulur. Məsələn, nevroloji müayinə zamanı hərəkət və koordinasiya çətinlikləri, reflekslər və əzələ tonusu (əzələ gərginliyi) qiymətləndirilir, eşitmə və görmə qabiliyyətini ölçmək üçün bəzi müayinələr, laborator analizlər, elektroensefaloqrafiya (EEQ) müayinələri edilir. Beynin strukturunda anomaliyaları aşkarlamaq üçün isə ən effektiv üsul olaraq MRT-dən istifadə olunur. Həkim göstərişi ilə alternativ üsul kimi KT müayinəsi də seçilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, serebral iflic tam müalicə edilə bilməsə də, simptomları idarə etmək mümkündür. Müalicənin əsas məqsədi əzələ gərginliyini aradan qaldırmaq və tonusunu azaltmaq, ağırlaşmaların qarşısını almaqdır. Bu məqsədlə həm konservativ, həm də cərrahi müalicə üsullarından istifadə olunur. Konservativ müalicə üsulları kimi əsasən fizioterapiya və reabilitasiyaya üz tutulur. Bu müalicə üsulu ilə tonusu normallaşdırmaq, hərəkətlərin koordinasiyasını yaxşılaşdırmaq mümkündür. Ağırlaşma hallarında isə stasionar terapevtik müalicəyə üz tutulur.
Ötən il ərzində icbari tibbi sığorta hesabına serebral iflicin stasionar müalicəsi üçün 34 mindən çox tibbi xidmət göstərilib.
Cərrahi müalicəyə neyrotomiya (sinirlərin kəsilməsi), tenotomiya (vətərlərin kəsilməsi), əzələ və vətərlərin uzadılması, köçürülmə və transplantasiyası, artrodez və osteotomiyaları misal göstərmək olar.
Serebral iflicli pasiyentlərin müalicəsi nevroloq, fizioterapevt, reabilitoloq, LOR, oftalmoloq, neyrocərrah, ortoped-travmatoloq və digər ixtisaslı həkimlərin birgə işi nəticəsində aparılır. Erkən diaqnoz və reabilitasiya çox vacibdir. Həyat keyfiyyətini artırmaq üçün müalicə uzunmüddətli və sistematik şəkildə aparılmalıdır.
Sadalanan müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində, göndəriş əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) icra olunur.
Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, serebral iflic ana bətnində, doğuş zamanı və ya doğuşdan sonra beynin zədələnməsi ilə əlaqədar ola bilər. Serebral iflicin bətndaxili səbəblərinə bunlar aiddir: ananın kəskin və ya xroniki xəstəlikləri (hipertoniya, ürək qüsurları, anemiya, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri və s.), hamiləlik dövründə müəyyən dərmanların qəbulu və zərərli iş şəraitində işləmək, alkoqolizm, stres, hamiləlik zamanı travma, uşaqlıq qanaxması, plasentar qan dövranının anomaliyaları, ana və dölün qanı arasında immunoloji uyğunsuzluq (ABO, Rh faktoru və digər sistemlər) və s. Vaxtından əvvəl doğuş, çoxdöllü hamiləlik, kəskin oksigen çatışmazlığı, travmatik doğuş, yenidoğulmuşda meningit, ensefalit və ya digər beyin infeksiyaları, baş travmaları, beyin qanamaları da serebral iflicin digər yaranma səbəblərindəndir.
Qeyd edək ki, uşaqda 3-4 aylığında başını düz tuta bilməmək, 6-7 aylığında oturmamaq, əllərini və ayaqlarını qeyri-bərabər hərəkət etdirmək, sıx-sıx qıcolmalar (epileptik tutmalar) keçirmək, nitqdə gecikmənin olması kimi əlamətlər olduğu təqdirdə erkən diaqnoz və müdaxilə üçün valideynlər diqqətli olmalı və həkimə müraciət etməlidirlər.
Xəbər lenti
Hamısına baxElm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32

