Meymunçiçəyi yenidən gündəmdə...
17.02.2026 [08:34]
Virusun simptomları, riskləri və qorunma yolları...
Son illər dünya yeni bir virus təhlükəsi ilə daha yaxından tanış oldu. Meymunçiçəyi (mpox) adlandırılan virus qlobal diqqət mərkəzinə çevrilən yoluxucu xəstəliklərdən biridir. Xəstəliyin törədicisi meymunçiçəyi virusudur və bu virus çiçək xəstəliyi ilə eyni virus ailəsinə aiddir. Virusun ilk əlamətləri qızdırma, başağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir.
1958-ci illər: İlk kəşf və adlandırma
Meymunçiçəyi virusu ilk dəfə 1958-ci ildə Danimarkada tədqiqat üçün saxlanılan meymunlarda aşkar edilib. Bu meymunlar laboratoriya şəraitində saxlanılırdı və bu heyvanlar arasında yayılan xəstəlik araşdırılarkən virusun fərqli bir poksvirus növü olduğu müəyyən edilib. Virusun adı ilk olaraq meymunlar arasında aşkarlanmasından qaynaqlanır, lakin onun təbii daşıyıcıları kimi bir çox gəmirici növləri, xüsusilə də Afrika gəmiriciləri nəzərdə tutulur.
İnsanlarda ilk yoluxma halları
Meymunçiçəyi virusu ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında bir insanda aşkarlanıb. Çiçək xəstəliyinin müvəffəqiyyətlə ləğv edilməsindən sonra, bu hadisə yeni bir poksvirus infeksiyası olaraq diqqət çəkib. 1970-ci illərdə meymunçiçəyinə yoluxmalar əsasən Mərkəzi və Qərbi Afrikanın kənd yerlərində müşahidə edilib. Virus əsasən, yoluxmuş heyvanlardan insanlara keçirdi, xüsusilə də heyvanların ovu, hazırlanması və istehlakı zamanı.
Afrika xaricində ilk epidemik yayılma
Meymunçiçəyi virusunun Afrika xaricində ilk dəfə böyük miqyasda yayılması 2003-cü ildə ABŞ-da baş verdi. Hadisə, virusun Afrikadan idxal edilən yoluxmuş heyvanlar vasitəsilə yayılması nəticəsində baş verdi. Bu, beynəlxalq ictimaiyyətin meymunçiçəyi xəstəliyinə diqqətini artırdı və qlobal sağlamlıq orqanlarının daha güclü tədbirlər görməsinə səbəb oldu. ABŞ-da baş verən bu epidemiya, virusun insanlara heyvanlardan keçməsinin potensial riskini göstərdi və daha geniş miqyaslı tədbirlərin görülməsinin zəruriliyini ortaya qoydu.
2022-ci ilin may ayından başlayaraq, meymunçiçəyi xəstəliyi dünyanın bir çox ölkəsində yayılmağa başladı və bu, beynəlxalq miqyasda narahatlığa səbəb oldu. Meymunçiçəyi əvvəllər əsasən Afrikada məhdud qalmış bir xəstəlik olaraq bilinsə də, bu yayılma dalğası virusun dünya səviyyəsində daha ciddi bir təhdid olmasını göstərdi. Avropada, Şimali Amerikada və digər qitələrdə yoluxma halları artmağa başladı və bu, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) və digər beynəlxalq səhiyyə orqanlarını təcili tədbirlər görməyə məcbur etdi.
Bu günlərdə meymunçiçəyi ilə bağlı növbəti həyəcan təbili çalınıb. Belə ki, Rusiyanın Sankt-Peterburqda virusa iki yoluxma faktı rəsmi olaraq təsdiqlənib. Xəstələr orta ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Necə müalicə etmək olar?
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən infeksionist-həkim Afaq Məmmədli bildirib ki, xəstəlik qızdırma ilə başlayır, baş və əzələ ağrıları ilə davam edir. Onun sözlərinə görə, qızdırmadan bir neçə, təxminən üç gün sonra səpkilər əmələ gələrək bədənə yayılır: “Burada ən qorxulusu xəstəliyin pnevmoniya əmələ gətirməsidir. Həmin halda letallıq daha yüksək olur.
Meymunçiçəyi virusunun xüsusi müalicəsi yoxdur, lakin çiçək xəstəliyinə bənzərliyinə görə, çiçək xəstəliyindən qorunmaq üçün hazırlanmış antiviral dərmanlar xəstəliyin müalicəsində istifadə edilə bilər. Virusa yoluxmuş şəxsdə müalicənin məqsədi xəstəliyin səbəb olduğu ağrı və yaralar kimi simptomları aradan qaldırmaqdır.
Çox qaşıntılı ola bilən səkilər qabığa çevrilir və bir müddət sonra azalır, yaralar izlər buraxa bilər. Bu virus yoluxucudur, bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil olur. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və yataq dəsti, paltar kimi əşyalarla da ötürülə bilər. Səpgilərinə görə onu çiçək xəstəliyindən ayırmaq qeyri-mümkündür. Çiçək xəstəliyinə çox bənzəyir, lakin ondan fərqi limfa düyünlərində böyümə əmələ gətirməsi onun xarakterik xüsusiyyətlərindən biridir”.
Peyvənd 85 faiz qoruyur...
İnfeksionist qeyd edib ki, xəstəliyin peyvəndi var: “Çiçəyə qarşı olan peyvənd meymun virusuna qarşı 85 faiz qoruyur. Bundan başqa, Amerikada qeydiyyatdan keçmiş daha bir vaksin də var, həmin vaksin həm çiçəyə, həm də meymun virusuna qarşı yüksək qoruyuculuğa malikdir”.
Həkim hələ ki, Azərbaycanda meymunçiçəyi ilə bağlı şübhəli halların olmadığını qeyd edib: “Ümumiyyətlə, belə bir hal olan zaman aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlamaq verilir, tövsiyələr olur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

