Sevinc, ümid və dirçəlişin ünvanı...
18.02.2026 [08:51]
Ağdama növbəti köç yola salınıb
Bir vaxtlar Qarabağın göz bəbəyi sayılan Ağdam uzun illər boyu viran qaldı. Dağıdılmış evlər, susmuş küçələr, talan edilmiş məzarlıqlar... Amma tarix göstərdi ki, torpaq öz sahibini unutmur. Bu gün işğaldan azad edilmiş rayonlarımıza köç yalnız fiziki məskunlaşma prosesi deyil, dövlət gücünün və xalqın səbrinin təntənəsidir.
13 milyard 135 milyon dollar ziyan dəyib
1993-cü il iyulun 23-də 42 gün davam edən döyüşlərdən sonra Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi.
İşğal müddətində erməni vandalizminə ən çox məruz qalan ərazilərimizdən biri məhz Ağdam olub. Ermənilər rayonu tamamilə dağıdıb, yerlə-yeksan edib. Hesablamalara görə, rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Rayon uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olub, minlərlə insan yaralanıb, 143 minə yaxın əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı. İşğal nəticəsində ermənilər tərəfindən rayonda olan bütün tikililər, evlər dağıdılıb, hətta daşlar belə sökülüb aparılmışdı.
Ağdama yeni nəfəs, yeni həyat qayıdır...
Bu gün isə artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən, Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdamda “ağıllı şəhər” konsepsiyasına uyğun müasir infrastruktur qurulur, yeni nəfəs, yeni həyat qayıdır. Prezident İlham Əliyevin söylədiyi “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək”, - fikirləri qısa müddət ərzində artıq reallaşmağa başladı. Azərbaycan öz gücünə nəhəng işlərə start verdi. Sıfırdan bərpa-quruculuq işlərinə başladı.
Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.
120 ailə sevinci
Dünən Ağdama növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 120 ailə - 419 nəfər doğma yurduna qovuşub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib ki, Ağdamda aparılan bərpa-quruculuq işləri çərçivəsində 5-ci yaşayış kompleksinin tikintisi davam etdirilir. Layihəyə uyğun olaraq, yaşayış kompleksində 50 binanın inşası nəzərdə tutulur.
Onun sözlərinə görə, artıq 2-ci yaşayış kompleksinə sakinlərin köçü təmin olunu: “Bu yaşayış kompleksində 103 ailə olmaqla, 403 ailə yaşayır. Ağdamda digər yaşayış kompleksində də işlər davam edir.
5-ci yaşayış kompleksində isə 50 binanın inşası nəzərdə tutulur. Onlardan 40-ı çoxmənzilli yaşayış binası, 10-u qeyri-yaşayış binalarıdır. Bu yaşayış kompleksi 12 məhəllədən ibarət olacaq. Ümumilikdə 1074 mənzilin inşası planlaşdırılır”.
F.Məmmədli qeyd edib ki, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması nəzərdə tutulur. 3-cü yaşayış kompleksi 13 məhəllədən ibarət olacaq.
Bu gün nəinki Ağdama, azad olunan digər torpaqlarımıza qayıdan hər bir ailə öz ocağının közünü yenidən alovlandırır. Uşaqların gülüşü illərlə səssiz qalmış küçələrə həyat verir. Yeni tikilən evlər, məktəblər, xəstəxanalar - bunlar sadəcə binalar deyil, gələcəyin rəmzləridir. “Ağıllı şəhər” konsepsiyası ilə qurulan Ağdamımız isə müasirliyin və tarixi yaddaşın vəhdətini özündə birləşdirir, keçmişin ağrısı gələcəyin ümidinə çevrilir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

