Gözlərimizdəki təhlükə...
06.03.2026 [08:50]
Görmə itkisinə səbəb olan qlaukoma haqqında nə bilirik?
Xarici mühitdəki informasiyanı əsasən gözlərimizlə alırıq. Ona görə də görmənin aşağı düşməsinə və itirilməsinə gətirib çıxaran bəzi xəstəliklər insan həyatının dəyişməsinə və əmək qabiliyyətinin itməsinə səbəb olur. Bu xəstəliklər arasında qlaukomanı xüsusilə qeyd edə bilərik.
Xəstəliyə bütün yaş dövrlərində, əsasən də orta və yaşlı nəsil insanlarda rast gəlinir. Statistik göstəricilərə əsasən, yer üzündə yaşayan insanların 2-3 faizi qlaukomadan əziyyət çəkir. Lakin həmin insanların yalnız yarısının öz xəstəliyi haqda məlumatı var.
“Qara su”...
Gözün xroniki proqressivləşən xəstəliyi olan Qlaukomaya el arasında “Qara su” xəstəliyi də deyirlər. Xəstəlik gözdaxili təzyiqin qalxması ilə müşayiət olunur, görmə sinirini zədələyir və görmənin geridönməz şəkildə aşağı düşməsinə və itməsinə səbəb olur.
Müalicəyə çətin tabe olur...
Xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır. Qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır. Xəstəliyə bütün yaş dövrlərində rast gəlinsə də, daha çox 40 yaşdan yuxarı insanlar qlaukomadan əziyyət çəkir. Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur.
Qlaukomanın vaxtında aparılan müalicəsi yalnız gözdaxili təzyiqi endirən damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşı nəzərə alınaraq aparılır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir, hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur.
Erkən diaqnoz vacibdir
Statistikaya görə, hazırda dünyada 80-90 milyon qlaukoma xəstəsi var. Qlaukoma nəticəsində görməsini itirmiş gözün yenidən görməsini bərpa etmək, təəssüf ki, mümkün olmur. Buna görə də korluğa səbəb olan xəstəliklərin önündə gələn qlaukomaya erkən qoyulan diaqnoz mövcud görmənin qorunub saxlanması və zədələnməmiş sinir liflərinin yaşaması üçün çox önəmlidir. Bir sözlə, erkən diaqnoz insanı kor olmaqdan xilas edər. Müalicəsi mümkün olan xəstələrin korluğunu dərmanlarla və ya əməliyyatla əngəlləmək olar.
Yeri gəlmişkən, bu gün dünyanın bir sıra ölkələrində Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd olunur. Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə martın 6-da keçirilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

