Küçə reklamlarımız niyə əcnəbi dillərdədir?
05.02.2014 [09:17]
Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasına yol açan bu məsələnin həllində dövlətin fəaliyyəti ilə yanaşı, cəmiyyətin özünün də təsir imkanları böyük rol oynayır
Küçə reklam və bilbordlarında Azərbaycan dilinin normalarının kobud şəkildə pozulması haqqında çox deyilib və çox danışılıb. Əlbəttə ki, bu problemin aradan qaldırılması üçün dövlətin fəaliyyəti ilə yanaşı, cəmiyyətin özünün də təsir imkanları böyük rol oynayır. Hər bir vətəndaş demək olar ki, addımbaşı rastlaşdığı bu qanun pozuntusuna qarşı mübarizə aparmalıdır. Burada qanun pozuntusu ifadəsini əbəs yerə işlətmirik. “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununda bu məsələlər kifayət qədər aydın göstərilir. Adıçəkilən qanunun 7.1 -ci maddəsində deyilir: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Amma nədənsə bəziləri qanunun tələblərini “qulaqardına vururlar”. Aparılan sosial araşdırmalar və sorğular da bir daha bu faktı təsdiq edir.
Yeri gəlmişkən, Söz Azadlığı Mətbuat Fondunun “Dövlət dili haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətini öyrənmək və bu sahədəki mövcud problemləri üzə çıxarmaq məqsədilə vaxtaşırı apardığı monitorinqin nəticələri də heç də ürəkaçan olmayıb. Qeyd edək ki, sonuncu belə monitorinq Bakının mərkəzi hissəsini əhatə edən 25 mərkəzi küçə və prospektlərdə mövcud olan 875 xidmət obyektini əhatə edib. Bu xidmət obyektləri paytaxtın dörd - Binəqədi, Nərimanov, Nəsimi və Səbail rayonlarında fəaliyyət göstərir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, reklam xarakterli lövhələrin ümumilikdə 63 faizi ingilis dili (bu rəqəm 2012-ci ildə 27 faiz olub), 14 faizi rus dilində, 12 faiz (bu rəqəm 2012-ci ildə 11 faiz təşkil edirdi) türk, 6 faiz (2012-ci ildə bu rəqəm 62 faiz-idi) Azərbaycan dilində, 3 faizi digər dillərdə olan sözlərdən istifadə olunub. Qalan 2 faiz sözün isə hər hansı məna daşıdığını müəyyən etmək mümkün olmayıb. Digərlərinin sırasına italyan, fransız, yapon və çin dilində olan sözlər aid olub. Azərbaycan dilində olmayan reklam lövhələrindəki sözlərin hamısı, yəni 94 faiz latın qrafikasında olmaqla ingilis dilində yazılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun apardığı monitorinqin nəticələri də təxminən eyni qənaəti ifadə edir. Qurumun monitorinq şöbəsinin müdiri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev mətbuata verdiyi açıqlamada bildirib ki, monitorinqlər zamanı Bakı şəhərinin bütün küçələrindəki reklam, elan və küçə adlarında Azərbaycan dilinin qorunması vəziyyəti öyrənilib. Onun sözlərinə görə, reklamlarda xarici adların kütləvi şəkildə işlənməsi, onlara qoyulmuş tələblər çərçivəsindən kənara çıxma, onların daha çox xarici dillərdə yazılması, müəyyən qüsurlar və digər məsələlər ardıcıl olaraq monitorinqlər nəticəsində yoxlanacaq və onların əsasında müvafiq orqanlar qarşısında təkliflər veriləcək.
H.Zərbəliyev qeyd edib ki, bir müddətdən sonra yeni monitorinqlərə başlanacaq və bu işlər periodik olaraq həyata keçiriləcək. O bildirib ki, monitorinqlər ilkin olaraq paytaxtın mərkəzi küçələrini əhatə edir: “Amma sonradan bir qədər kənara da çıxılacaq. Nəzərdə tuturuq ki, bu işləri görərkən gələcəkdə təkcə Bakı ilə kifayətlənməyək. Yaxın vaxtlarda respublikanın bütün rayonlarında ardıcıl olaraq reklamlar, küçələrdə asılan elanlarda dil normalarına necə riayət olunması ilə bağlı monitorinqlər aparılacaq”.
Beləliklə, ortaya çıxan mənzərə reklam lövhələrində dilimizin qorunması vəziyyətinin hansı səviyyədə olduğunu müəyyənləşdirməyə imkan verir. Ona görə də mütəxəssislər hesab edirlər ki, küçə reklamlarına nəzarət mexanizmi ilə bağlı yeni forma və yanaşmanın tapılması zəruridir. Şəhərboyu seyr edilən reklamlar elə ilk baxışdaca bu qənaətə gəlməyə əsas verir. Reklamların yeri, mövzusu, məzmunu geniş ictimai müzakirədən keçməsini və ümumi bir formanın tətbiqini diktə edir. Reklam qanunvericiliyinin daha səmərəli işləməsinə, qanunun gücünün tətbiqinə nail olmaq gərəkdir. Reklam sahəsindəki çatışmazlıqları analiz edərkən irəli sürülən Reklam Şurasının yaradılması ideyası maraqlı təşəbbüsdür. Bu cür idealar geniş ictimai müzakirəyə çıxarılmalı, hökumət qurumları, qeyri-hökumət təşkilatları ilə birgə müzakirə edilərək, ortaq nəticəyə gəlinməlidir. Yəni, bunun tətbiqi mümkündür və hər halda bir qurum kimi reklam sahəsindəki pərakəndəliyin qarşısını almaqda, nəinki əhalinin, həm də şirkətlərin reklam zövqünün formalaşmasında önəmli rol oynaya bilər. Reklamların məzmunu, dizaynı, yerləşmə yerlərinin dəqiq seçilməsi məsələsi də öz həllini tapmalıdır.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

