Provayderlərin məsuliyyəti artırılır
11.07.2026 [10:13]
Gələcəyimiz sandığımız uşaqların psixologiyası tam formalaşmadığına görə, onların zərərli təsirlərdən qorunması son dərəcə vacibdir. Bu təsirlər müxtəlif yollarla ötürülə bilər. Bunların sırasında isə hazırda bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da populyarlığı kifayət qədər yüksək olan sosial şəbəkələr xüsusi yer tutur.
Sosial şəbəkələrdə cəlbedici tərtibatlar altında uşaqlara onların yaş həddinə, dünyagörüşünə uyğun olmayan zərərli məzmunlar ötürülməsi riskləri kifayət qədər böyükdür. Buna görə də uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsi qaçılmaz zərurət qismində çıxış edir. Bu günlərdə Milli Məclisdə qəbul edilən müvafiq qanun layihəsi də məhz bu məqsədi daşıyır.
Reallıqdan yaranan zərurət
Özlüyündə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ölkə ərazisində internetdən istifadənin məhdudlaşdırılması anlamında qəbul edilməməlidir. Ölkəmizdə internetə çıxış imkanlarının artırılması üçün infrastruktur getdikcə daha da müasirləşdirilir və onun əhatə dairəsi bütün ölkə üzrə genişləndirilir. 2026-cı ildə dərc edilən son ölkə hesabatına əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 9 milyon 270 min nəfərə, yəni ölkə əhalisinin təxminən 89 faizinə çatıb. Azərbaycanda 7 milyon 610 min sosial media istifadəçi identifikatoru qeydə alınıb. Başqa sözlə, təkrar və xaricdən qoşulma amilini nəzərə aldıqda, ölkəmizin hər on sakinindən səkkizi rəqəmsal məkandadır. Onlar internet vasitəsilə bank əməliyyatları aparır, dövlət xidmətləri alır, vergilərini ödəyir, tibbi məlumatlarını əldə edir, təhsil alır və şəxsi ünsiyyət qururlar.
Eləcə də müvafiq qanun layihəsinin təsdiqlənməsi ilə ölkədə uşaq hüquqlarının guya hansısa bir formada pozulması ilə bağlı müəyyən qüvvələrin dövriyyəyə buraxdıqları şayiələrin də heç bir əsası yoxdur. Əksinə, yeni qanun layihəsində bilavasitə uşaqların mənafeyi nəzərə alınıb. İndiki dövrdə internet, o cümlədən də sosial şəbəkələr üzərindən kibercinayətkarlığın nə qədər geniş vüsət aldığı hər kəsə bəllidir. Təhlükələrin miqyası o qədər böyükdür ki, onlayn platformalar hətta siyasi, iqtisadi, hərbi təsir alətlərinə çevrilib. Daha hansısa bir dövlətə ağır zərbə vurmaq üçün həmişə onun ərazisinə qoşun yeritmək tələb olunmur. Bəzən zərərli bir kod ölkənin enerji, bank, rabitə, nəqliyyat sistemlərinə, xəstəxanalarına və idarəetmə strukturlarına ənənəvi silahdan az olmayan zərər vura bilər.
Uşaqlarla vəziyyət isə daha ciddidir. Sosial şəbəkələr hüdudsuz bir məkandır və burada uşaqlar ən müxtəlif kontentlərlə qarşılaşa bilərlər. Sosial şəbəkələr üzərindən uşaqlara zərərli təsirlərin ötürülməsindən bəhs etdikdə xüsusilə də zorakılıq, aqressiya, nifrət nitqi, saxta məlumatlar, yaşa uyğun olmayan reklamlar və vizual materiallar nəzərdə tutulur. Uşaqlar sosial şəbəkələrdə, həmçinin kibertəhlükəsizlik, ailə sirlərinin ötürülməsi, təhqir, mənəvi zorakılıq, pis vərdişlərə çağırışlar və digər belə hallarla üz-üzə qalırlar. Dünyagörüşləri tam formalaşmayan uşaqlar bu təzyiqlərin gerçək məzmununu anlamaqda və düzgün qərar çıxarmaqda acizdirlər. Onlar uzun müddət əl telefonlarından, kompüterlərdən aldıqları təsirlərdən yaxa qurtara bilmirlər və beləliklə də psixoloji sıxıntılara məruz qalırlar. Bir çox hallarda sosial şəbəkələr uşaqlarda asılılıq sindromu yaradır və onlar özlərinə qapanırlar. Belə uşaqlar üçün real həyatda sosiallaşma çətinləşir, onlar düşdükləri yeni mühitdə ünsiyyət qura bilmirlər. Uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə keçid edilməsi də bu kimi reallıqlardan yaranan bir zərurətdir.
Beynəlxalq təcrübəyə əsaslanmaqla atılan addım
Milli Məclisdə aparılan müzakirələrdə də vurğulandığı kimi, yeni qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad olunub. Dünya ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə fərqli yanaşmalar sərgilənir. Getdikcə daha çox ölkədə uşaqların sosial platformalardan istifadəsinə qanunla məhdudiyyətlər qoyulur. 2025-ci ilin dekabrında Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka 18, İspaniyada 16, Fransada 15, ABŞ-da federal səviyyədə 17, ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18, Kolorado, Corciya, Luizianada 16, Floridada 14 yaş məhdudiyyətləri, eləcə də İrlandiyada OnlineSafetyCode və Böyük Britaniyada OnlineSafety Act kimi yanaşmalar mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Qonşularımız olan Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
Azərbaycanda müvafiq qanun layihəsində sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndənin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur.
Provayderlərin qarşısında hansı tələblər qoyulur?
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən provayderlərin məsuliyyəti artırılır və onların qarşısına bir sıra tələblər qoyulur. O cümlədən provayder istifadəçi yaşının yoxlanılması məqsədilə topladığı fərdi məlumatlarla bağlı aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:
- onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;
- onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.
Provayder bu qanunda qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.
Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.
16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.
Provayderlər bu qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.
Provayderlər bu qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05

