Bakı Dövlət Universiteti beynəlxalq qrant layihələrində fəal iştirak edir
28.02.2014 [09:18]
Son illər elm və təhsil sahəsində bir sıra beynəlxalq və yerli qrant layihələrini yerinə yetirən Bakı Dövlət Universiteti (BDU) bu ilin əvvəlindən yeni beynəlxalq layihələrin qalibi olub.
Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, fevralın 27-də BDU-da Avropa İttifaqının Tempus layihəsi çərçivəsində bu ali təhsil ocağının alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalibi olduqları ECONANO qrant layihəsinin təqdimatı olub.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağında dünya elminin prioritet sahələri üzrə intensiv elmi tədqiqat işlərinin aparılmasından bəhs edib. Diqqətə çatdırıb ki, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənir. BDU-nun alimləri tərəfindən hər il ümumi dəyəri 5-7 milyon ABŞ dolları olan 80-dən çox layihə həyata keçirilir ki, bunların da 50-dən çoxu Avropa İttifaqı, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən beynəlxalq layihələrdir.
Rektor qeyd edib ki, elmi layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya və fizika fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Məsələn, bu ilin əvvəlində biologiya fakültəsində 4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur. Həyata keçirilən layihələr sırasında nanotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5 ildə nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıq alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr olunub. BDU-nun alimləri İtaliyanın La Sapienza Universiteti, Fransanın Paris Universiteti, Yunanıstanın Patras Universiteti və Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Azərecolab” özəl şirkətinin iştirakı ilə təqdimatını keçirdiyimiz “Nanoekologiya mühəndisliyi ixtisaslaşması” üzrə mükəmməl magistr proqramının hazırlanması məqsədi ilə Avropa İttifaqının Tempus proqramı çərçivəsində dəyəri 655 min avro olan yeni qrant layihəsinin qalibi olublar. BDU bu layihənin Azərbaycan tərəfdən əlaqələndiricisidir.
Təqdimatda İtaliyanın La Sapienza Universitetinin professorları Luca Di Palma, Angelio Chianese, Fransanın Paris Universitetindən professoru Jean Philippe Passarello, Yunanıstanın Patras Universitetindən Petros G.Koutsoukos və BDU-dan layihə rəhbəri, professor Məmmədəli Ramazanov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

