/ / “Əminəm ki, belə yaramaz əməllərlə məşğul olanlar barəsində ciddi tədbir görüləcək və onların kimliyi geniş ictimaiyyətə açıqlanacaq”
“Əminəm ki, belə yaramaz əməllərlə məşğul olanlar barəsində ciddi tədbir görüləcək və onların kimliyi geniş ictimaiyyətə açıqlanacaq”
06.05.2014 [08:54]
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “facebook” sosial şəbəkəsində onun adına yaradılmış saxta profillə bağlı açıqlama verib.
V.Rəhimzadə bildirib ki, ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarına böyük önəm verildiyi bir dövrdə bəzi qüvvələr bunun ifadəçisi kimi meydana çıxan sosial şəbəkələrdən sui-istifadə edir, müəyyən siyasi maraqlarını gerçəkləşdirmək, ayrı-ayrı şəxslərin nüfuzuna xələl gətirmək naminə yararlanırlar: “Hazırda belə xoşagəlməz münasibətlə üzləşənlərdən biri də mənəm. Bu, artıq ikinci dəfədir ki, baş verir. Ötən il prezident seçkisi öncəsi də adıma saxta profil açmışdılar. İndi həmin profili yenidən aktivləşdiriblər. Belələri Azərbaycan dövlətinin siyasətinin əsasında dayanan özünüifadə vasitələrinə dəyər yox, qərəz və hiddəti ifadə etmə vasitəsi kimi yanaşırlar. Bu sui-istifadənin hüquqi cəza mexanizmi var və onun işə düşməsi üçün bütün mümkün imkanlar müvafiq qaydada dəyərləndiriləcəkdir. Bir daha bildirirəm ki, açılan saxta profildə siyasi əqidəmə və mövqeyimə uyğun olmayan şərhlər, münasibətlər və rəylər yer almaqdadır. Bu, ən azı vətəndaşlıq hüquqlarımın pozulmasıdır. Saxtakarlığa əl atanlar, ilk növbədə, bilməlidirlər ki, bütün fəaliyyətim boyu müstəqil Azərbaycan dövlətinin memarı, Ulu öndər Heydər Əliyev ideyalarına həmişə sadiq olmuşam, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi qətiyyətlə dəstəkləyirəm və ömrümün sonuna qədər belə də olacaq”.
Açıqlama aşağıdakı sözlərlə tamamlanır: “Bir vətəndaş kimi öz hüquqlarımı qorumaq haqqımı aidiyyəti qurumlardan rica edirəm. Əminəm ki, belə yaramaz əməllərlə məşğul olanlar barəsində ciddi tədbir görüləcək və onların kimliyi geniş ictimaiyyətə açıqlanacaq”.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17

