Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd olunub

13.06.2014 [09:24]

İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıb. Ulu öndərin müstəqil dövlətimizin yaranmasında, qorunub saxlanmasında və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində tarixi xidmətlərini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Mübariz Qurbanlı və Musa Qasımlı çıxış edərək 1993-cü ilin iyun günlərini xatırlayıb, sabitliyin yalnız Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra bərpa edildiyini vurğulayıblar.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoyub, anarxiya və xaosun, hərc-mərcliyin qarşısı alınıb.
Bildirilib ki, Ümummilli liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulub. Məhz Onun uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir.
Vurğulanıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Yeni Azərbaycan Partiyasına (YAP) qəbul olunmuş əməkdaş və tələbələrə vəsiqələr təqdim olunub.

Paylaş:
Baxılıb: 1287 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30