/ / Bakı Ali Neft Məktəbində neft-qaz hasilatı məsələlərinə həsr olunmuş beynəlxalq seminar başlayıb
Bakı Ali Neft Məktəbində neft-qaz hasilatı məsələlərinə həsr olunmuş beynəlxalq seminar başlayıb
19.06.2014 [09:42]
Bakı Ali Neft Məktəbində (BANM) “Yataqların işlənməsinin, quruda və dənizdə karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov seminarın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital” şirkəti ilə birgə təşkil olunduğunu bildirib və məqsədin Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, həmçinin dəniz və quruda karbohidrogen ehtiyatlarının hasilatı sahələrində ölkəmizin əldə etdiyi təcrübənin xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssisləri arasında yayılması olduğunu vurğulayıb. Elmar Qasımov seminar iştirakçıları arasında bir sıra ölkələrdən gəlmiş mütəxəssislərin olduğunu qeyd edib, 3 gün ərzində seminar iştirakçılarına Bakı Ali Neft Məktəbi, Schlumberger, Halliburton, Statoil və TIORCO şirkətlərinin mütəxəssisləri tərəfindən tədbirin mövzusuna aid çoxsaylı məruzələr təqdim olunacağını və iştirakçıların dəniz neft mədənlərinə səfərlərinin təşkil ediləcəyini bildirib.
Azərbaycanın zəngin neft-qaz hasilatı tarixindən danışan ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirin Bakı Ali Neft Məktəbində təşkil edilməsinin təqdirəlayiq olduğunu, ARDNŞ-nin bu cür tədbirlərə həmişə dəstək verəcəyini bildirib, belə tədbirlərin ölkələr və mütəxəssislər arasında təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
17-19 iyun tarixlərində seminar iştirakçılarına neft-qaz yataqlarının parametrlərinin ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftvermənin artırılması üsulları, hasilat texnologiyaları və s. mövzularda mühazirələr təqdim ediləcək. İyun ayının 20-də isə seminar iştirakçıları üçün “Neft daşları” neft-qazçıxarma idarəsinin mədənlərinə səfərlər təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11

