Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “ADA” Universitetində “Asiyaya doğru” layihəsinin təqdimatı olub

“ADA” Universitetində “Asiyaya doğru” layihəsinin təqdimatı olub

20.06.2014 [09:18]

İyunun 19-da “ADA” Universitetində “Asiyaya doğru” adlı layihənin təqdimatı olub.
AzərTAc xəbər verir ki, “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tədbirdə çıxış edərək universitetin diplomatiya və beynəlxalq münasibətlər ixtisası üzrə magistratura proqramı tələbələrinin tədqiqat layihəsi çərçivəsində Asiya regionunun biznes imkanlarını araşdırmaq üçün cari ilin martında Vyetnamda, Monqolustanda və Yaponiyada səfərdə olduqlarını bildirib.
Rektor deyib ki, layihənin məqsədi Azərbaycanın biznes maraqlarını önə çəkmək və müxtəlif ölkələrə iqtisadi çıxış imkanlarını araşdırmaqdır. Məhz buna görə də bu layihə Asiya qitəsində yerləşən, siyasi və iqtisadi cəhətdən sabit və daha perspektivli üç ölkəyə - Vyetnama, Monqolustana və Yaponiyaya həsr olunub. Həmin ölkələrin siyasi, iqtisadi, sosial və mədəni həyatları araşdırılıb, toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri hazırlanıb. Bu profillərə uyğun olaraq Azərbaycanın həmin ölkələrdə potensial biznes imkanları dəyərləndirilib.
Layihənin gələcəkdə digər ölkələrdə də davam etdiriləcəyini vurğulayan rektor Azərbaycanın biznes sahəsindəki uğurlarından danışıb.
Hafiz Paşayev layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Mitsubishi” şirkətinə təşəkkürünü bildirib.
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov “Asiyaya doğru” layihəsinin əhəmiyyətindən danışaraq onun yenilik olduğunu, tələbələrin bacarıqlarının artırılmasına xidmət etdiyini söyləyib. Nazir müavini bildirib ki, Azərbaycanın qeyd edilən layihənin əhatə etdiyi üç ölkə üzrə 27 mütəxəssisi var. A.Əzimov bu regionda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarına həmin ölkələri hərtərəfli öyrənən tələbələrlə əlaqələr qurmağın, onların məlumatlarından faydalanmağın məqsədəuyğunluğunu qeyd edib. “Asiyaya doğru” layihəsinin gələcəkdə də davam etdirilməsinin önəmini bildirən nazir müavini diqqətə çatdırıb ki, tələbələr bundan əvvəl Cənubi Afrikada olublar. Bundan sonra isə, ola bilsin ki, Latın Amerikası və digər regionlarda biznes imkanları ilə bağlı tədqiqat işləri aparacaqlar.
Daha sonra “ADA” Universiteti tələbələrinin Asiya regionunun biznes imkanlarını araşdırmaq üçün layihə çərçivəsində Vyetnama, Monqolustana və Yaponiyaya səfərlərinin nəticələri təqdim olunub.

Paylaş:
Baxılıb: 1194 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30