Vətənə layiq olmağı bacaran oğullar...
19.08.2014 [09:44]
Şəhid İsə Almazov da onlardan biridir
20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda, bir neçə gün öncə cəbhə bölgəsində baş verənlər, daha doğrusu, əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son vaxtlar düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də gizir İsə Ziyad oğlu Almazovdur.
1977-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olan gizir İsə Almazov həqiqi hərbi xidmətini Ağdamda keçib. Ümumilikdə 17 il hərbi xidmətdə olan İsə daha sonra Naxçıvanda və Qazaxda xidmət edib. İyulun 31-də saat 20:00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə şəhid olub.
Bu günümüzün qeyrət salnaməsi - şəhidlərimiz...
Şəhidlər - dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsidir. Şəhidlər - qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdır.
Şəhidin qardaşı Dilənçi Almazov deyir ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur: “Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir”.
Onlar Vətənə layiq olmağı bacardılar...
Şəhidin digər qardaşı Musa Almazov bildirir ki, qardaşı İsə Vətəni canından çox sevirdi: “Onlar Vətənə layiq olmağı, ürəklərdə Vətən sevdası adlı bir tonqal qalamağı, bu tonqalın ətrafına minləri, milyonları toplamağı bacardılar. Vətən üçün doğulub Vətən üçün can verən şəhid qardaşlarına qovuşdular. Mən düşünürəm ki, İsə mənim qardaşım olduğu qədər qəlbi Vətən üçün döyünən hər bir azərbaycanlının da qardaşıdır. İsə öz şəhidliyi ilə Vətənin azadlığa qovuşacağı günü daha bir addım yaxınlaşdırdı. O günü İsə də bütün şəhidlərimizlə birlikdə dünyanın 50 milyonluq azərbaycanlısı ilə yanaşı bayram edəcək. Buna onun hər kəsdən çox haqqı var”.
Sevinirəm ki, məktəbimizin İsə Almazov kimi yetirməsi var...
Şəhid gizir İsə Almazovun təhsil aldığı Mirvarid Dilbazi adına Qazax rayonu Bala Cəfərli kənd orta məktəbinin direktoru Mahal Almazov da şəhid gizirimizin xatirəsinin hər bir Vətən övladı tərəfindən əziz tutulmalı olduğunu deyir: “Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəhid gizir İsə Almazovun ruhu Vətən göylərində dinclik tapdı. Uğrunda şəhid olduğu torpaq onun son məskəni oldu. İsə 50 milyonluq azərbaycanlının qəhrəmanına çevrildi. Vətən onu canlarından artıq sevən İsəyə və onun kimi şəhid igidlərinə qucaq açdı... Onlar gözlərinin gördükləri, ayaqlarının apardığı yerə qədər “Vətən” deyib getmişdilər. Arxalarına belə baxmadan. Qarşılarındakı Vətənin darda olduğunu bilərək çoxları kimi yaşamağı özlərinə rəva bilmədilər. Vətən üçün doğulmuşdular, Vətən üçün yaşayırdılar, Vətən üçün də şəhid oldular. Sevinirəm ki, məktəbimizin İsə Almazov kimi yetirməsi var”.
Onların Vətən eşqi qarşısında baş əyməmək mümkün deyil...
İsə Almazovun ibtidai sinif müəlliməsi Asya müəllimə də şagirdini olduqca kövrək duyğularla xatırlayır: “İsəni vətənpərvər ürəyi çəkib cəbhənin ən qaynar, ən təhlükəli yerlərinə apardı. Rahat evini odlu-alovlu səngərlərə, sakit işini cəbhəyə dəyişdi. Onu savaş meydanlarına çəkib aparan qəlbindəki böyük vətən eşqi idi. Bu eşq qarşısında baş əyməmək mümkün deyil. Tarixən Oğuz igidlərinə düşmən üzərində qələbələr qazandıran, Babəki “Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan üstündür” ideyasına gətirən, Ş.İ.Xətaini qələbədən-qələbəyə aparan, Həzini, Mehdini qəhrəmanlığa ucaldan bu eşq olub. Əsrlər keçib, tarix dəyişib, ancaq bu eşq - xalqımın Vətən eşqi uzun əsrlərin sınağında zərrə qədər də əskilməyib. Müxtəlif tarixi dövrlərdə müxtəlif qəhrəmanların simasında, əməllərində təzahür edib. Bu eşq XXI əsrin əvvəllərində də İsə kimi qəhrəmanlarımızın hünərində, şücaətində təzahür etdi. Tarix səhnəsinə yeni qəhrəmanlar çıxdı. İsə Almazov və onun kimi neçə-neçə qəhrəman şəhidlərimiz düşmənə sübut etdilər ki, mərd oğullar düşmən çəpəridirlər”.
Oktay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

