Azərbaycan dövləti təhsilə xüsusi diqqət və qayğı göstərir
25.09.2014 [10:09]
Prezident təqaüdçüləri əldə etdikləri uğurların kökündə məhz bu amilin dayandığını bildirirlər
Azərbaycanda bütün sahələrdə olduğu kimi təhsildə də genişmiqyaslı islahatlar həyata keçirilir. Bunun nəticəsi olaraq son illər təhsil sistemində ciddi uğurlar əldə edilir. Avropa təhsil sisteminə inteqrasiya edən təhsilimizin bütün pillələrində nəzərəçarpacaq inkişaf özünü göstərir.
Bu inkişafı şərtləndirən cəhətlərdən biri də ali məktəblərə marağın artması və bu yöndə böyük rəqabətin mövcudluğudur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları zamanı abituriyentlərin yüksək bal toplamaları buna sübutdur. Son illər qəbul imtahanlarında maksimal və buna yaxın bal toplayan gənclərin sayının artması ciddi uğurlardan xəbər verir. Onu da qeyd edək ki, Azərbaycan dövləti hər zaman yüksək biliyə malik və bacarıqlı gəncləri dəyərləndirir, onlara qayğı göstərir. Buna parlaq nümunə kimi Azərbaycanın dövlət başçısı tərəfindən ali məktəblərə qəbul imtahanı zamanı ən yüksək bal toplamış gənclərə Prezident təqaüdünün verilməsini göstərmək olar. Xatırladaq ki, 3 sentyabr 2001-ci ildə Ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalayıb. Bu Fərmana uyğun olaraq, hər il qəbul imtahanlarında yüksək nəticələr göstərmiş gənclərə dövlət başçısının Sərəncamı əsasında “Prezident təqaüdü” verilir.
Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev “2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident təqaüdü 2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə veriləcək.
Bu məsələnin əhəmiyyətini nəzərə alaraq “Yeni Azərbaycan” qəzeti yeni layihəyə start verib. Bu layihə çərçivəsində 2014-2015-ci tədris ili üzrə qəbul imtahanlarında yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş tələbə-gənclərlə görüşərək, onları oxucularımıza təqdim edirik.
Onu da qeyd edək ki, Prezident təqaüdçülərindən 17-si Bakı Ali Neft Məktəbinin (BANM) tələbələridir. Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradılıb. Ali məktəbin yaradılmasında məqsəd, Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən müasir tədris planları və texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə, sənayenin müasir tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərə yaranan ehtiyacın ödənilməsi, eyni zamanda, ARDNŞ-nin fəaliyyətinin Azərbaycanda və ölkənin hüdudlarından kənarda genişlənməsi və onun beynəlxalq şirkətə çevrilməsi nəzərə alınaraq, müasir biliklərə yiyələnən və ingilis dilində təhsil alan mühəndis kadrların hazırlanmasıdır. Builki qəbul imtahanlarında ən yüksək bal toplayanlardan biri Mustafa Polad oğlu Hacıyev də ali təhsil üçün BANM-ı seçib.
Məlumat üçün bildirək ki, I qrup üzrə 695 bal toplayan Mustafa Hacıyev 1997-ci ilin mart ayında Bakı şəhərində anadan olub. Bakı şəhərində “Gənc istedadlar” liseyini qızıl medalla bitirən Mustafa üçün bu uğura nail olmaq elə də asan başa gəlməyib. Bunun arxasında həm dövlətmizin təhsilə göstərdiyi diqqət və qayğı, həm də təkcə onun deyil, valideyn və müəllimlərinin əməyi, gərgin zəhməti dayanır. M.Hacıyev ilə söhbətimiz zamanı o, qazandığı bu nailiyyətə görə, ilk olaraq valideynlərinə və müəllimlərinə minnətdar olduğunu deyib. Çünki valideynləri övladlarını layiqli vətəndaş kimi yetişməsi üçün tərbiyə edib, onun təhsilə marağını artırmaq və bunun nəticəsi olaraq, ali məktəbə qəbul olmaq üçün böyük zəhmət sərf ediblər. Bu fikirləri onun müəllimlərinə də aid etmək olar. Məhz bu zəhmətin nəticəsidir ki, Mustafa 10-cu sinifdə təhsil alarkən riyaziyyat fənni üzrə Bakı şəhərində keçirilən olimpiadada 1-ci, respublika olimpiadasında isə 3-cü yeri qazanıb. O, kimya fənni üzrə “Sabahın alimləri” layihəsinin də qalibi olub. Mustafa, həmçinin, ABŞ-da kimya üzrə “İNTEL İSEF” olimpiadasında ölkəmizi təmsil edib.
Ali məktəb seçiminə gəlincə, M.Hacıyev bir neçə ildir fəaliyyətə başlamış Bakı Ali Neft Məktəbinə üstünlük verməsini belə əsaslandırıb: “Bildiyiniz kimi, ölkəmizdə uğurlu neft strategiyası həyata keçirilir. Azərbaycan zəngin təbii sərvətlərə malik, neft-qaz ölkəsi kimi dünyada tanınır. Bu gün ölkəmiz Avropranın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bakı Ali Neft Məktəbi isə bu sahədə güclü mütəxəssislər hazırlayan bir təhsil ocağıdır. Tədris ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır. Bu məqsədlə Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub. BANM-da Heriot-Uatt Universitetinin tədris proqramları tətbiq olunur və gələcəkdə bunun nəticəsi olaraq, məzunlara ikili diplom (Bakı Ali Neft Məktəbinin və Heriot-Uatt Universitetinin) veriləcək. Mən bu sahədə daha da irəli getmək üçün bu təhsil ocağını seçdim”.
Hazırda M.Hacıyev BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 1-ci kursda təhsil alır.
Rəmziyyə Elnur qızı Qarazadə isə 687 bal toplayaraq, Prezident təqaüdünə layiq görülüb. Beyləqan rayonunda dünyaya göz açan Rəmziyyə uşaqlıq illərindən ailəsi ilə Bakı şəhərinə köçüb və Ankara məktəb-liseyini bitirib. Bu təhsil ocağının verdiyi yüksək bilik, onun ali təhsil almaq arzusunu reallığa çevirib. R.Qarazadə ümumilikdə, bütün müəllimlərindən razılıq edərək, onun yüksək biliyə yiyələnməsi üçün çəkdikləri zəhmətə görə təşəkkürünü bildirib. O da ixtisas seçimi zamanı Bakı Ali Neft Məktəbinə üstünluk verib. Bunun səbəbini isə, Rəmziyyə belə izah edir ki, neft-qaz üzrə güclü mütəxəssislərə ehtiyac var və buna görə də, Ali Neft Məktəbini seçib. Prezident təqaüdçüsü qeyd edir ki, bu ali məktəbin ingilis dilində təhsil verməsi, Avropanın nüfuzlu təhsil ocaqları ilə əməkdaşlığı perspektiv üçün geniş imkanlar açır. Ona görə də, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçib. Rəmziyyə bu nailiyyəti qazanmasının əsas səbəbi kimi, Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını görür.
Digər bir Prezident təqaüdçüsü Şaiq Paşa oğlu Məmişov isə 1997-ci ilin sentyabr ayında Kürdəmir rayonunun Muradxan kəndində dünyaya gəlib. Orta təhsilimi M.Abdullayev adına Muradxan kənd tam orta məktəbində alıb. Şaiq builki qəbul imtahanlarında 1-ci qrup üzrə yüksək nəticə göstərərək, 685 bal toplayıb. Ş.Məmişov da seçim edərkən, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına üstünlük verib: “Mən bu ali məktəbdəki təhsil sistemi ilə tanış olaraq burada təhsil almağa üstünlük verdim”.
Şaiq deyir ki, ölkə başçısı tərəfindən Prezident təqaüdünə layiq görülməsi daha yüksək biliklərə sahib olması üçün ona əlavə stimul verir.
Digər Prezident təqaüdçüsü isə, Ləman Əzəmət qızı Rəhimlidir. Ləman 1996-cı ilin oktyabrında Bakı şəhərində dünyaya gəlib, Xətai rayonunda yerləşən “Zəkalar” liseyini bitirib. Ali məktəbə qəbul imtahanları zamanı 685 bal toplayaraq, Ali Neft Məktəbinə qəbul olunub. L.Rəhimli müstəqil Azərbaycanın vətəndaşı olmağı ilə fəxr etdiyini deyir. Onun fikrincə, hər bir gənc yaradılmış imkanlardan öz gələcəkləri naminə bəhrələnməyi bacarmalıdır. Ləman hesab edir ki, BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil almaqla savadlı mütəxəssis kimi formalaşa bilər. Çünki bu ali məktəb məqsədə çatmaq üçün bütün imkanları yaradır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28

