Bilik Fondunun xarici əlaqələri genişləndirilir
04.11.2014 [09:44]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir. Fond Çexiyanın paytaxtı Praqa şəhərində sərgi keçirməyi planlaşdırır. Dekabr ayında keçiriləcəyi gözlənilən “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisi “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində reallaşacaq. Artıq bu istiqamətdə addımlar atılıb. Belə ki, fondun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə sərginin təşkili ilə bağlı Praqada Çexiyada yaşayan diaspor nümayəndələri ilə görüşüb. Görüşdə həmvətənlərimiz maraqlı təkliflər və ideyalarla çıxış ediblər və Bilik Fondunun mərkəzi və Şərqi Avropada həyata keçirəcəyi layihələr müzakirə olunub.
R.Məmmədzadə Azərbaycanın Çex Respublikasındakı səfirliyinin baş konsulu Əlimirzamin Əsgərov və konsul Nigar Əfəndiyeva ilə görüşərək, onlara sərgi barəsində ətraflı məlumat verib. R.Məmmədzadə bildirib ki, keçirilən görüşdə layihənin detalları barədə müzakirələr aparılıb: “Azərbaycan elminin dünyada tanıdılmasının vacibliyi həmin görüşdə də qeyd olundu və Bilik Fondunun keçirəcəyi sərgiyə dəstək verməyə hazır olduqlarını bildirdilər. Vurğulandı ki, səfirliyin xətti ilə bu ölkədə yaşayan, fəaliyyət göstərən diplomatların, siyasi və ictimai xadimlərin sərgidə iştirakı təmin olunacaq”.
Bundan başqa, fondun nümayəndəsi Çexiyada fəaliyyət göstərən Azərbaycan və Xəzər araşdırmalar mərkəzinin rəhbəri, professor Eduard Qombarov və professor Yana Qombarova ilə də görüşdüyünü bildirib: “Professor Eduard Qombarov ilə birlikdə Çexiyanın nüfuzlu Karlov Universitetində olduq və sərginin keçiriləcəyi “Karolinum” adlanan bina ilə tanış olmaq imkanı əldə etdik. Sərgidə Azərbaycana xas süxur və minerallar, flora və fauna eksponatları, geoloji xəritələr və geologiya elminə dair ədəbiyyat nümayiş olunacaq”.
Yeri gəlmişkən, Bilik Fondu Türkiyə ilə əlaqələrin yüksəldilməsinə xüsusi diqqət ayırır. Belə ki, bu ilin 8-16 noyabr tarixlərində İstanbulda keçiriləcək 33-cü Beynəlxalq Kitab Yarmarkasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da təmsil olunacaq. Həmin tədbirdə iştirak edəcək Bilik Fondunun aparıcı məsləhətçisi Qismət Rüstəmovun yerli və xarici naşirlər, vəqf rəhbərləri, tanınmış yazıçı və şairlərlə görüşü nəzərdə tutulub. Görüşlərdə Bilik Fondunun xarici əlaqələrinin genişləndirilməsi yolları müzakirə ediləcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

