Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Astara məktəbliləri “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulublar

Astara məktəbliləri “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulublar

12.11.2014 [09:52]

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində növbəti saziş noyabrın 7-də Bakı şəhəri, Yasamal rayonunun 53 saylı tam orta məktəbi ilə Astara rayonunun 6 saylı tam orta məktəbi arasında imzalanıb.
Bilik Fondundan AzərTAc-a bildiriblər ki, Yasamal məktəbliləri astaralı qonaqları Dövlət Bayrağı Meydanında qarşılayıblar. Muzeylə tanışlıqdan sonra şagirdlər 53 saylı məktəbdə olublar. Məktəbin direktoru Firəngiz Həsənova təhsil ocağı barədə qonaqlara geniş məlumat verib.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, rayonun 11 məktəbinin direktorları iştirak ediblər.
Bilik Fondunun yaranma zərurətini, fəaliyyət istiqamətlərini, həyata keçirdiyi layihələri diqqətə çatdıran O.Səmədov bu günə qədər 26 məktəbin qardaşlaşdığını bildirib. İcraçı direktor deyib ki, yerli və xarici məktəblərdən Fondun ünvanına müraciətlər daxil olur. Onlar “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulmaq istəyirlər. Layihənin məqsədi məktəblilərin biliklərini, dünyagörüşlərini, Azərbaycan barədə məlumatlarını artırmaqdır.
Astara rayonu 6 saylı tam orta məktəbin direktor müavini Xuraman Məmmədova və digər müəllimlər təmsil etdikləri bölgə barədə danışıb, layihədə iştirakdan məmnun olduqlarını vurğulayıblar.
“Qardaşlaşma sazişi” imzalanandan sonra Yasamal məktəblilərinin nümayiş etdirdikləri bədii-musiqili proqram - rəqslər, musiqi, şeirlər iştirakçılarda xoş ovqat yaradıb. Tədbirdən sonra şəhərdə gəzintiyə çıxan hər iki məktəbin kollektivi Bakı Dövlət Sirkində tamaşaya baxıblar.
Tədbirin ikinci günü Bilik Fondunda bilik yarışması keçirilib. Mükafatları qaliblərə Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev təqdim edib. Bakı məktəbliləri qalibiyyət kubokunu qardaşlaşmanın təsdiqi kimi Astara məktəblilərinə bağışlayıblar.
Məktəblilərin Bakıda görüşü Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiya ilə yekunlaşıb. Astaralılar bakılı yaşıdlarını təhsil aldıqları məktəbə dəvət ediblər.
Bilik Fondunun sentyabrın əvvəllərindən başlayan “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində respublikanın müxtəlif rayonlarından olan 26 məktəb qardaşlaşıb. Layihə davam edir, məktəblərdə Qardaşlıq guşələri yaradılıb, şagirdlər vaxtaşırı müxtəlif “dəyirmi masa”lar, müsabiqələr, tədbirlər keçirirlər.

Paylaş:
Baxılıb: 908 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30