Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yeni Azərbaycan Partiyası ötən 22 ildə şərəfli bir yol keçib

Yeni Azərbaycan Partiyası ötən 22 ildə şərəfli bir yol keçib

22.11.2014 [11:54]

Xeyrulla Hümbətov: Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilən quruculuq siyasətinin reallaşmasında YAP-ın hər bir üzvü xüsusi fədakarlıq göstərir
Noyabrın 21-də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, həmçinin, respublikada gedən dövlət quruculuğu prosesində özünəməxsus rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 22-ci ildönümü qeyd edildi. Hazırda regionun ən güclü partiyası olan və sıralarında 630 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ötən 22 ildə şərəfli bir yol keçib. Bunu qəzetimizə müsahibəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kadrlar şöbəsinin rəisi, YAP-ın “Azərbaycan Dəmir Yolları” QSC-dəki ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov deyib.
- Xeyrulla müəllim, hazırda 22 yaşını qeyd edən Yeni Azərbaycan Partiyasının yaranması olduqca mürəkkəb bir dövrə təsadüf edir. Həmin günləri necə xatırlayırsınız?
- Məlum olduğu kimi, 1991-1993-cü illər Azərbaycanın tarixinə çox ağır bir dövr kimi düşüb. Bu da səbəbsiz deyil. Çünki Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətlər tamamilə pozulmuşdu. Bir tərəfdən Ermənistanın işğalçılıq siysəti, digər tərəfdən də, siyasi səriştəsi olmayanların yarıtmaz idarəçiliyi nəticəsində ölkə anarxiya və xaosun girdabına düşmüşdü. Məhz belə bir şəraitdə Azərbaycan xalqı siyasi hakimiyyətin dəyişməsini tələb edirdi. Daha dəqiq desək, Azərbaycan xalqı ölkəmizin düşdüyü bəladan xilas olması üçün Ulu öndər Heydər Əliyevə üz tutub, respublikamızın nicatı naminə Onu hakimiyyətə dəvət edirdi. Lakin həm Ayaz Mütəllibov hakimiyyətinin, həm də ondan sonra hakimiyyətə yiyələnən AXC-”Müsavat” cütlüyünün təmsilçiləri Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsinə mane olmaq üçün hər bir vasitəyə əl atırdılar. Həmin vaxt Ulu öndərin prezidentliyə namizəd olmasını əngəlləmək üçün konstitusiyanın 121-ci maddəsinə 2-ci bəndinə əlavə edilmişdi. Bu bənd seçkilərdə namizəd kimi iştirak etmək istəyənlər qarşısında yaş məhdudiyyəti qoyurdu. Lakin Azərbaycanın çətin durumda olduğunu görən bir qrup fəal Ali Sovetin qarşısında etiraz aksiyası keçirdi. Tələb bu idi ki, Konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndi ləğv edilsin və Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürə bilməsi üçün imkan yaradılsın. Bunun ardınca isə, ölkənin bir qrup vətənpərvər ziyalısı yeni bir partiyanın yaradılması məqsədilə Ulu öndərə müraciət etdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirdi. 1992-ci il noyabrın 21-də Naxçıvan Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi və Ulu öndər yekdilliklə partiyanın Sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Bunun ardınca YAP Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı və yerlərdə təşkilatlanmağa başladı. Birmənalı olaraq, deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının yaranması sanki cəmiyyətə yeni bir nəfəs verdi. Ali ideyaların daşıyıcısı olan bu partiya qısa bir zamanda təşkilatlandı və nəinki Azərbaycanın bölgələrində, eləcə də, iri təsərrüfat subyektlərində dayaq dəstələri formalaşdırıldı. Bu, zamanın tələbi idi.
- Bəs, hazırda çalışdığınız “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində partiyanın yaranması hansı tarixə təsadüf edir?
- 1996-cı ildə burada işə başladım və qısa müddət sonra YAP-ın ərazi ilk partiya təşkilatının yaradılması təşəbbüsü ilə çıxış etdim. O zamankı rəhbərlik bu təklifə dəstək verdi. Beləliklə, 1996-cı il iyunun 25-də dəmiryolçular tərəfindən təsis konfransı keçirildi və ilk partiya təşkilatı 43 nəfərlə fəaliyyətə başladı. İndi təşkilat Yeni Azərbaycan Partiyasının ən fəal qurumlarından biridir. Hazırda ümumilikdə 7 mindən çox dəmiryolçu partiyamızın üzvüdür. Onu da deyim ki, dəmiryolçuların Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalmalarının dərin kökləri var. Çünki Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə nəqliyyatın, onun bir qolu olan dəmiryolu kimi nəhəng qurumun inkişaf etdirilməsinə daim qayğı göstərib. Bu qayğı indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Öz növbəsində dəmiryolçular da müstəqil dövlətimizin inkişafı naminə üzərlərinə düşən vəzifələri var qüvvələrilə yerinə yetirməyə çalışırlar. Departamentlər, şöbələr, müəssisə və təşkilatlardakı partiya özəklərimiz partiya üzvləri və əmək adamları arasında geniş təbliğat və ideoloji iş aparır. Təşkilatımızın üzvləri keçirilən bütün tədbirlərdə və ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Yeri gəlmişkən, partiyanın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edirlər ki, bu da təsadüfi deyil. Çünki istər dövlət başçımız tərəfindən gənclərə göstərilən diqqət və qayğı, istərsə də idarəmizdə gənclərlə aparılan iş gənclərin Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu partiyaya üzv olmalarına stimul verir. Onu da deyim ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nəsimi rayon ərazisində yerləşdiyi üçün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının işində də fəal iştirak edirik.
- Və nəhayət, 1993-cü ildə yaradılan Yeni Azərbaycan Partiyası 22 ildir ki, Azərbaycan dövlətinin inkişafına və tərəqqisinə xidmət edir...
- Tamamilə doğru deyirsiniz. Hazırda ölkəmizdə alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası müstəqillik tariximizlə eyni sırada addımlayır və müstəqilliyimizin qorunmasında və inkişafında partiyamızın rolu olduqca böyükdür. Təbii ki, partiyamızın üzvləri də müstəqil dövlətimizin inkişafı istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmlə çalışırlar. Yəni, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilən quruculuq siyasətinin reallaşmasında YAP-ın hər bir üzvü xüsusi fədakarlıq göstərir desək, heç də yanılmarıq. Bir sözlə, Ulu öndər Əliyevin memarı və qurucusu olduğu və hazırda Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan öz inkişafına görə regionun lider dövlətidir. Bu gün müstəqil siyasət həyata keçirən ölkəmiz, bunun nəticəsində də böyük uğurlar qazanır. Bilirsiniz ki, indi dünyada qlobal proseslər gedir, böyük dövlətlər öz maraqlarını reallaşdırmağa çalışırlar. Ancaq bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət nümayiş etdirərək, milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir. Ona görə də, biz öz dövlətimizlə, öz Prezidentimizlə qürur duyuruq.
Nadir

Paylaş:
Baxılıb: 1086 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30