Bilik Fondu Karlov Universitetində “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisini təşkil edib
04.12.2014 [10:14]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dekabrın 3-dən Çexiya Respublikasının paytaxtı Praqa şəhərində üç günlük sərgi keçirir. “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində reallaşan sərgi “Azərbaycanın geologiya elmi Çexiyada” adlanır.
Sərgi ilə əlaqədar öncə Karlov Universitetində “dəyirmi masa” təşkil olunub. “Azərbaycan - Çexiya: Tarixi-mədəni münasibətlər” mövzusunda keçirilən müzakirələrdə elm-təhsil, siyasət, incəsənət, iş adamları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iki dost ölkənin ortaq dəyərlərindən danışıb, tarixi-mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Tədbirdə Karlov Universitetinin Yaxın Şərq və Afrika ölkələri üzrə İnstitutunun professoru Eduard Gombar, Çexiya Respublikasının Türkiyədəki sabiq səfiri, dilçi alim Tomas Lane, AMEA-nın müxbir üzvü Arif İsmayılzadə və Təbiət tarixi muzeyinin direktoru Tariyel Eybətov, petrologiya üzrə tanınmış çex tədqiqatçısı Shah Vali Faryad, Çexiya milli təbiət muzeyinin direktoru Jirina Daskova və muzeyin digər əməkdaşı tanınmış paleontoloq Jiri Kvacek, Çexiya Sənaye Nazirliyinin təmsilçisi Pavel Kavina, Univeristetin geologiya üzrə professoru Pavel Bosak çıxış edərək bildiriblər ki, Azərbaycanla Çexiya arasında tarixi-mədəni münasibətlərin genişləndirilməsi üçün münbit şərait mövcuddur.
Karlov Universitetində baş tutan “Azərbaycanın geologiya elmi Çexiyada” adlı sərginin açılışında Universitetin rektoru Tomas Zima Azərbaycanın Çexiya Respublikasının böyük enerji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Çexiyanın enerji tələbatının 20 faizindən çoxunu Azərbaycanın ödədiyini xatırladan rektor deyib ki, belə layihələr iki ölkə arasındakı elmi mübadilənin inkişafına təkan verir.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Azərbaycan elminin xaricdə tanıdılması məqsədi ilə Bilik Fondunun həyata keçirdiyi layihələri alqışladığını bildirib və qeyd edib ki, belə tədbirlərin bütün elm sahələrini əhatə etməsi vacibdir. Səfirin sözlərinə görə, elmimizin xaricdə tanıdılması tələbə və müəllim mübadiləsinə, həmçinin, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və siyasətinin təbliğinə şərait yaradacaq.
Azərbaycanlı alimlər geologiya elmində qazandıqları nailiyyətləri, təmsil etdikləri ölkənin ərazisində aşkara çıxardıqları qiymətli qədim eksponatları, dəmir, qızıl, gümüş, alunit, polimetal və başqa yataqların əks olunduğu xəritələri nümayiş etdirib, çex alimləri ilə əməkdaşlıq münasibətləri qurublar.
Sərgiyə qatılan çexiyalı alimlər deyiblər ki, nümayiş olunan eksponatlar Azərbaycanın geologiya elmi - zəngin yeraltı və yerüstü sərvətləri haqqında xeyli bilgilər verib.
Növbəti günlərdə “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində Bilik Fondunun xətti ilə Azərbaycandan Çexiyaya gedən alimlərin mühazirələri dinləniləcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

