Bakı Ali Neft Məktəbi və ABB şirkəti arasında memorandum imzalanıb
05.12.2014 [09:55]
Bakı Ali Neft Məktəbi (BANM) və ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib. Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edib. Azərbaycanın dünyada sənaye üsulu ilə ilk neft çıxaran ölkə olduğunu vurğulayan E.Qasımov neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırıb. ARDNŞ-nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan rektor BANM-in əsas məqsədinin Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir, ingilisdilli, yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsi olduğunu bildirib. Rektor həmçinin qonaqlara ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları, perspektivləri və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlığı haqqında ətraflı məlumat verib.
Üçillik fəaliyyətinə baxmayaraq, Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yer tutan BANM-də olmasından məmnunluq bildirən ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov “ABB şirkətinin yerli infrastrukturun inkişafına təsiri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkət 145 min nəfərdən artıq işçiyə sahibdir. R.Qasımov şirkətin başlıca olaraq 5 əsas istiqamət üzrə məhsul (elektrik cihazları, elektrik sistemləri, mühərriklər və enerji ötürücüləri, minimal gərginlikli məhsullar, proseslərin avtomatlaşdırılması avadanlıqları) və xidmətlər təklif etdiyini qeyd edib.
Tədbirdə iştirak edən Böyük Britaniya parlamentinin üzvü və baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edib. O, BANM-də olmasından məmnunluğunu ifadə edib. Ç.Hendri Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq iki ölkə arasında təhsil sahəsində də əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. Sonra Ç.Hendri tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Tədbir çərçivəsində BANM-in rektoru E.Qasımov Ç.Hendrini ali məktəbin “Fəxri qonaq” diplomu ilə təltif edib.
Tədbirdə iştirak edən Heriot-Vatt Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı prof. Stefen Makloxlin BANM və Heriot-Vatt Universiteti arasında əməkdaşlıqdan söz açıb və bu iki ali təhsil ocağı arasında əlaqələrin dinamik inkişafından danışıb. Sonra BANM ilə ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

