Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDU-da “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

BDU-da “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

25.12.2014 [09:26]

Bakı Dövlət Universiteti tələbə həmkarlar ittifaqı komitəsi (BDU THİK) bu ali məktəbdə “İlin ən yaxşı tələbəsi” müsabiqəsini keçirib.
AzərTAc xəbər verir ki, dekabrın 24-də BDU-da müsabiqənin yekununa həsr edilən tədbir olub.
Müvafiq qurumların nümayəndələrinin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin inkişafına böyük önəm verdiyi bildirilib.
BDU-da elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışan rektor gənclərə tövsiyələrini verib, onları vətənpərvərliyə, təhsildə daha yüksək nailiyyətlər qazanmağa çağırıb.
THİK-in sədri Daşqın Qənbərov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, həmçinin, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Sonra müsabiqənin nəticələri barədə məlumat verilib, qaliblər mükafatlandırılıblar.

Paylaş:
Baxılıb: 869 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30