Anomal hava şəraiti insanların sağlamlığına hansı təhlükələri yaradır?
23.01.2015 [09:26]
Mütəxəssislər hesab edirlər ki, insanlar orqanizmin gücləndirilməsinin qayğısına qalmalı, immun sistemi gücləndirəcək qidalar qəbul edilməli, vitaminlərə üstünlük verilməlidir
Son dövrlər qeyri-normal hava şəraitinin hökm sürməsi bir sıra fəsadlara səbəb olub. O cümlədən, insanlarda qrip virusunun yayılması halı müşahidə olunur. Mütəxəssislər də bu virusun yayılmasını mövsüm normalarına uyğun olmayan hava şəraiti ilə əlaqələndirirlər. Hətta bəziləri iddia edirlər ki, bu yeni qrip virusudur.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, respublikanın baş infeksionisti Namiq Əliyev də qış mövsümündə insanlar arasında mövsümi qrip yayıldığını təsdiq edib. Onun sözlərinə görə, ötən dövrlərlə müqayisədə kəskin respirator virus 1-2 faiz artıb. Baş infeksionist qeyd edib ki, ümumilikdə hazırda qriplə bağlı vəziyyət təhlükəli deyil. O, həmçinin, yeni bir virusun aşkarlanması iddialarını da əsassız sayıb: “Hazırda insanlar arasında müşahidə olunan virus A qrupuna daxil olan virusdur. Bu da qripin adi formasıdır və boğaz ağrısı, öskürmə, hərarətlə özünü büruzə verir. Bu qrip 7-8 gün davam edə bilər”.
N.Əliyev qripdən qorunmaqla bağlı vətəndaşlara müraciət edib. O qeyd edib ki, qrip vaxtında müalicə olunmazsa, xroniki bronxit, ağciyərin ikitərəfli iltihabı, nadir hallarda pnevmoniya və bu kimi digər xəstəliklərə səbəb ola bilər. Buna görə də immuniteti zəif olan, özlərində narahatlıq hiss edən insanlar vaxtında həkimə müraciət etməlidirlər ki, nəticəsi pis olmasın: “Bəzən qripə qarşı olan yanlış müalicə formaları onun daha da ağırlaşmasına səbəb ola bilər. Temperatur olduğu halda insanlar evdən çıxmadan lazımi müalicə alsınlar, antiviral dərmanlar qəbul etsinlər və gün ərzində daha çox su və ya maye qəbul etsinlər”.
N.Əliyev, eyni zamanda, qeyd edib ki, son zamanlarda havaların temperaturunun yüksəlməsi də immunitetin zəifləməsinə gətirib çıxara, bunun da nəticəsində insanlarda soyuqdəymə halları yarana bilər. Baş infeksionist deyib ki, belə halların baş verməməsi üçün insanlar öz immunitetlərini daha da gücləndirməli, geyimlərinə qarşı diqqətli olmalıdırlar.
O, əlavə edib ki, ümumilikdə ölkədə son aylar müşahidə olunan qripin adi forması təhlükəli hesab olunmur və mövsümi xarakter daşıyır. Onun sözlərinə görə, sadəcə, bu virusa yoluxanlar qripin müalicəsini vaxtında və düzgün həyata keçirməlidirlər: “Hazırda Azərbaycanda bütün virusları təyin etmək üçün imkanlar var. İndiyə kimi ölkədə qorxulu viruslarla xəstələnmə halı qeydə alınmayıb. Biz indi yalnız mövsümi xarakter daşıyan virus infeksiyasından söhbət edə bilərik”.
N.Əliyev, həmçinin, əhali arasında maarifləndirmə işlərinin aparıldığını bildirib: “Baxçalarda və məktəblərdə lazımi təbliğat işləri aparılıb. Uşaqların çox olduğu müəssisələrdə maarifləndirmə işləri görülür. Lakin vəziyyət stabildir. Məktəb və baxçaların bağlanması üçün heç bir təhlükəli vəziyyət yoxdur”.
Həkim Qalib Bağırov isə qəzetimizə açıqlamasında kəskin respirator virus olan qripin əlamətləri haqqında danışıb: “Bu əlamətlərə əsasən boğaz ağrısı, temperaturun yüksəlməsi, başgicəllənmə, təzyiqin aşağı düşməsi və digər hallar daxildir. Digər hallarda olduğu kimi, qripin bu formasının da qarşısı vaxtında alınmasa, pnevmoniya ilə nəticələnə bilər. Ona görə də, qripin ilkin əlamətləri hiss olunduqda insanlar mütləq həkimə müraciət etməli və dəqiq diaqnoz əsasında müalicələrini almalıdırlar. Əhali orqanizmin gücləndirilməsinin qayğısına qalmalıdır. İmmun sistemi gücləndirəcək qidalar qəbul edilməli, vitaminlərə üstünlük verilməlidir. Həmçinin zərərli vərdişlərdən, siqaret çəkmək, spirtli içki içməkdən uzaq olmalıdırlar. Həmin vərdişlər insanların immun sistemini zəiflədir”.
Q.Bağırov, eyni zamanda, tibb sahəsində “simptomatik müalicə” deyə bilinən müalicə vasitələrinin xəstəliyi törədən viruslara birbaşa təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngülləşdirə biləcəyini qeyd edib. Həkim onu da vurğulayıb ki, bunlar əsasən hərarət salıcı və virus əleyhinə dərmanlardır: “Hərarət salıcı dərmanlar əsasən xəstənin vəziyyətini yaxşılaşdırır. Xüsusən bu, uşaqlar, xroniki ürək və ağciyər xəstəlikləri olan və yaşlı insanlar üçün vacibdir. Hərarəti tam normaya salmağa cəhd etməyin, onun 1-1,5 dərəcə düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir. Virus əleyhinə preparatlar isə çox vaxt həkim tərəfindən təyin olunur. Bu preparatların xəstəliyin ilk 24-36 saatı ərzində istifadəsi yaxşı effekt verir - xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır. Bundan əlavə, virus əleyhinə preparatları sağlam ailə üzvləri ekstremal profilaktik tədbir kimi istifadə edə bilərlər”.
Oktay
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41

