Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edirlər
11.03.2015 [09:31]
Binəqədi rayonunda 8 mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Binəqədi rayonunda bayram mərasimi təşkil olunub. Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının qərargahında gerçəkləşən tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət İbrahimqızı, Binəqədi RİH başçısı Aparatının məsul əməkdaşları, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
Bayram tədbirində bu əlamətdar gün münasibəti ilə rayon qadınlarını təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət İbrahimqızı, həmçinin, cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar. Beynəlxalq Qadınlar Gününün yaranma tarixinə nəzər salınıb və bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğu bildirilib. Çıxışlarda müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyi vurğulanıb.
Öz növbəsində, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ümummilli lider Heydər Əliyev tərəfindən qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində böyük işlər görüldüyünü və bu məsələnin hər zaman diqqətdə saxlanıldığını vurğulayıblar. Bildirilib ki, Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verir. Onun rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində geniş tədbirlər həyata keçirilir. Ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğu bildirilib. Tədbirdə qadınların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib. Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın Binəqədi rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.
Bədii hissə ilə davam edən tədbirdə bayram tortu kəsilib və qadınlar üçün ziyafət verilib. Mərasimdə tanınmış estrada ulduzlarının ifasında konsert proqramı da təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

